5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA

5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMAİlqar TAĞIYEV
"...1968-ci il avqustun 11-də Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir. Bu əlamətdar günə respublika rəhbərliyi az qala bir ay əvvəldən hazırlaşır. Mərkəzi Komitənin Bürosu iyulun 16-da Azərbaycan Respublikasının 5 milyonuncu vətəndaşı barədə qərar qəbul edir. Qərarda deyilir ki, Mərkəzi Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanın 5 milyonuncu sakini dünyaya gələcək. Mərkəzi Komitə bu doğumu təntənəli qeyd etmək, doğulan körpəni xatirə medalı, anasını isə qiymətli hədiyyə ilə təltif etməklə bağlı tapşırıq verir. Nəhayət, həmin gün gəlib çatır. Avqustun 11-də, gündüz saat 11.05-də o körpə dünyaya gəlir. Əli-Bayramlı şəhərinin doğum evində. Ana Sabirabad rayonundakı Jdanov adına kolxozun pambıqçısıdır - Vladimirovka kəndinin sakini Meyxanım Mikayılova. Körpənin adını Arzu qoyurlar. İndi həmin xanımım 55 yaşı tamam olmalıdır. Harada yaşayır? Yaşayırmı? Bilmirik... "
Sitat olduğu kimi, nöqtəsinə, vergülünə toxunulmadan İctimai TV-də yayımlanmış "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən götürülüb. Tanınmış jurnalist Müsəllim Həsənovun müəllifi olduğu bu veriliş efirə getdiyi dövrdə böyük populyarlıq qazanmışdı. Hər buraxılışı ötən əsrdə Azərbaycanın bir ilinə həsr edilmişdi. 1968-ci ildə baş verənlərlə bağlı növbəti buraxılışı isə 2 il əvvəl efirdə yayımlanıb.
5 milyonuncu vətəndaşımızla bağlı hissə sosial şəbəkədə təsadüfən rastıma çıxdı. Müsəllim müəllimin "Harada yaşayır? Yaşayırmı? Bilmirik..." suallarına  instiktiv cavab verdim: "Taparam!" Və beləcə, Arzunun axtarışlarına başladım.
***
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında 57 il əvvəlin qəzetlərini vərəqləyirəm. 5 milyonuncu vətəndaşımızla bağlı xəbərlər o dövrün mətbuatında Arzunun dünyaya gəlişindən 4 gün sonra - avqustun 15-də tirajlanıb.  "Bakinski raboçi" qəzetində "Salam, 5 milyonuncu Azərbaycan sakini", "Bakı"nın səhər buraxılışında "Biz 5 milyonuq!", "Vışka"da "Azərbaycanda 5 milyonuncu vətəndaş doğuldu" sərlövhələri ilə gedən məqalələrin məğzi demək olar ki, eynidir. Yazılarda əlamətdar hadisə ilə bağlı Mərkəzi Statistika İdarəsinin sədr müavini Ş.M.Əfəndiyevin fikirləri və bəzi statistik məlumatlar yer alıb. Fərqlilik "Kommunist" qəzetinin əməkdaşı Bariz Əsədovun hazırladığı "Beş milyonuncu" başlıqlı reportajda hiss olunur. Jurnalist avqustun 11-də Mərkəzi Statistika İradəsində yaşananları oxuculara çatdırmaqla yanaşı, Statistika İdarəsinin mədəniyyət, səhiyyə və əhali statistikası şöbəsinin rəisi, 5 milyonuncu vətəndaşın müjdəsini verən Yekaterina Pavlovna Rodionovanın, Əli Baryamlı (indiki Şirvan - red.) Doğum Evinin baş həkimi Elmira Mirzəyevanın, Vladimirovka Kənd Sovetinin katibi Maqsud Mustafayevin fikirlərini, hətta Arzunun atası Ələkbər Mikayılovla qısa müsahibəni təqdim edib:
5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA - Bizim sevincimizə şərik olduğunuz üçün çox sağ olun. Ailəmizə göstərilən qayğıdan ötrü partiya və hökumətimizə minnətdarlığımızı bildiririk. "Kommunist"in bütün oxucularına da belə şad günlər arzulayırıq.
- Qızınıza ad qoymusunuzmu?
- Bəli. Arzu!
Ertəsi gün, avqustun 16-da Azərbaycan Teleqraf Agentliyinin fotomüxbiri F.Əliyevin Əli Bayramlı doğum evindən çəkdiyi şəkil qəzetlərdə dərc edilir, Azərbaycan xalqı 5 milyonuncu vətəndaşı və onun anası ilə tanış olur.
Yeri gəlmişkən, arxivdəki qəzetləri vərəqləyərkən qarşıma bəzi maraqlı məlumatlar da çıxdı. Məsələn, 1920-ci ilin sonunda Azərbaycanın əhalisi 1 milyon 952 min, 1939-cu ilin yanvarında 3 milyon 205 min, 1959-cu ilin eyni ayında isə 3 milyon 698 min nəfər olub. Başqa maraqlı fakt: 1968-ci ildə Azərbaycan SSRİ-də "ən gənc xalq" imiş. Əhalinin 45 faizini 15 yaşınadək uşaqlar təşkil edirmiş. Və yaxud, qəzetlərin yazdığına görə, Azərbaycan uzunömürlülərin nisbi sayına görə dünyada birinci imiş. Yəni hər 100 min əhaliyə yaşı 100-dən çox olan 84 nəfər düşürmüş.
***
Arzunun "izinə" düşmək çətin olmadı. Şirvan şəhərindəki tanışlarım vasitəsilə onun böyük əmisi Heydər Mikayılovun oğlu Əzizağa Mikayılovu tapa bildik. 68 yaşlı Əzizağa kişi indi qonşu Qarağac kəndində yaşayır. Uzun müddət Ağaşirin Mikayılov adına Zalqaraağac kənd orta məktəbində müəllim işləyib. Hazırda təqaüddədir. Ağaşirin Mikayılov da Arzunun əmisi oğludur. Birinci Qarabağ müharibəsində şəhid olub. Mikayılovlar ailəsi əslən Qərbi Azərbaycandandır. Ötən əsrin 50-ci illərində Vedi rayonunun Kotuz kəndindən ukraynalıların məskunlaşdığı Xersonovkaya köçürülüblər. Dolaşıqlıq olmasın deyə, kiçik izah: Mikayılovlar ailəsi Sabirabadın Xersonovka, indiki Nəsimikənd kəndində yaşayırdı. Xersonovka isə indi Nizamikənd olan Vladimirovka sovetliyinə daxil idi.
1937-ci il təvəllüdlü Ələkbər kişi ilə 1945-ci ildə dünyaya gəlmiş Meyxanım 60-cı illərdə ailə qurublar. Özü də yaxın qohum olublar - dayıqızı və bibioğlu. Bütün bunları Əzizağa müəllim mənə sonradan danışdı. Ona ilk sualım isə Arzunun harada olması ilə bağlı idi. Cavab üzücü oldu: "Arzu 8 aylığında qəflətən vəfat edib".
5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA Ümumiyyətlə, o ailədən cəmi bir nəfər həyatdadır. Meyxanım Mikayılova 30-40 il əvvəl haqq dünyasına qovuşub. Ələkbər kişi isə 2014-cü ildə. Ailənin 4 övladı olub. Yalnız böyük qızları - Arzudan 2 yaş böyük Şəlalə Mikayılova sağdır.
***
Şəlalə xanımın Arzu doğulanda cəmi 2 yaşı var imiş. Olanları təbii ki, xatırlamır, valideynlərindən eşidib: "Anam deyirdi ki, bacım "top" kimi uşaq olub. Hər həftə həkimlər gəlib yoxlayırdılar. Axırıncı yoxlanışdan bir gün sonra qızdırması qalxdı, qəfildən əlimizdən getdi. Səbəbini də heç kim bilmədi".
Arzunun vəfatı təbii ki, ailəyə böyük zərbə idi. Amma daha böyük dərdlər irəlidə imiş. Arzudan sonra ailədə daha iki uşaq doğulub - Mətanət və Vüqar. Hər ikisi də körpə ikən ölüb: "Elə bil lənətlənmişdik, göz dəymişdi. Arzudan sonra dünyaya gələn Mətanətlə Vüqar da çox yaşamadı. Anam mən gənc olarkən dünyasını dəyişdi. Atam isə 11 il əvvəl".
Bir neçə il bundan qabaq Şəlalə xanım Nəsimikənddəki ata yurdunu satıb. İstəməyib ki, ev baxımsızlıqdan dağılsın. Neftçalanın Xıllı qəsəbəsinə gəlin köçüb, elə həmin qəsəbədəki Nərə Balıqartırma Zavodunda işləyib. Hazırda ailəsi ilə Bakıda yaşayır, bir qızı, bir oğlu var. Başqa sözlə, Ələkbər kişi ilə Meyxanım ananın iki nəvəsi var. Yeri gəlmişkən, Şəlalə xanımın oğlu Babayev Mirsalam Asif oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, qazidir.
5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMAHəm Əzizağa kişi, həm də Şəlalə xanımla söhbətimizdə hər ikisi maraqlı məqama toxundular. Onların iddialarına görə, həmin dövrdə Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Ay mənim Arzu qızım" mahnısı məhz Arzu Mikayılovaya həsr edilibmiş. Yüngülvari araşdırmadan sonra məlum oldu ki, əslində, mahnı Arzudan 2 il əvvəl "doğulub". Bəstəkar Ələkbər Tağıyevin İsgəndər Coşqunun sözlərinə bəstələdiyi "Ay mənim Arzu qızım" mahnısının bir mənbədə 1966-cı ildə ilk dəfə Zeynəb Xanlarova tərəfindən ifa edildiyi bildirilir. Onu da öyrəndim ki, mahnı elə həmin il Azərbaycan Radiosunun fonotekasına qeydiyyata alınıb.
Şəlalə xanımda ailəsi haqqında ancaq xatirələri qalıb. Bir də Arzunun medalyonu - üzərində Azərbaycan və rus dillərində "Azərbaycan SSR-nin 5 milyonuncu vətandaşına" yazılmış medalyon. 57 il əvvəlin qəzetlərinin yazdığına görə, təmiz qızıldandır. Sonradan məlum olub ki, qızıl suyuna çəkilib. Yazının girişində Mərkəzi Komitənin qərarı ilə 5 milyonuncu vətəndaşın anasına qiymətli hədiyyələr verilməsi ilə bağlı cümlə var idi. Maraqlıdır, Meyxanım Mikayılovaya nə hədiyyə etmişdilər? Şəlalə xanımın sözlərinə görə, verilən medalyon, qızıl bilərzik, beşik və digər xırda-xuruş hədiyyələrdən savayı, rəhbər şəxslər Mikayılovlar ailəsinə Bakıda mənzil, avtomobil də söz vermişdilər: "Anam deyirdi ki, 2-3 dəfə Bakıya gediblər. İçərişəhərdə 3 otaqlı mənzil bağışlamışdılar. Mənzilə baxıblar, çox bəyəniblər. Atama da avtomobil, heyvan boyun olmuşdular. Arzu sağ ikən vermədilər. Öləndən sonra isə..." Arzu öləndən sonra ev, avtomobil söhbəti də "ölüb", heyvan da. Belə...
***
Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-ə olan məlumatına görə, Azərbaycanın əhalisi 10 milyon 224,9 min nəfər olub. 2026-cı ilin astanasındayıq. Təbii ki, artım var və 1-2 ilə 11 milyonuncu vətəndaşımız dünyaya gələcək. Buna kimi isə illər əvvəl - 2010-cu il yanvarın 15-də Naxçıvanda Azərbaycanın 9 milyonuncu vətəndaşı doğulub. Əhmədovlar ailəsinin 2-ci övladı olan bu körpəyə Prezident İlham Əliyevin şərəfinə İlham adı qoyulub. 9 il sonra aprelin 6-da Bakıda 10 milyonuncu vətəndaşımız dünyaya gəlib. Rauf Həsənov və Nigar Ocaqova qızlarını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırıblar. İlham Əhmədovun hazırda 15 yaşı var. Mehriban Həsənova isə artıq məktəblidir. Bəs 6, 7, 8 milyonuncu vətəndaşlarımız? İnternet resurslarda onlar haqqında məlumat yoxdur. Müsəllim Həsənovun təbirincə desək, harada yaşayırlar? Yaşayırlarmı?
Taparam...
5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA5 milyonuncu vətəndaşımızın nakam taleyi - ARAŞDIRMA

Sosial     Baxılıb: 216   Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ankarada Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub- FOTO

20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. "Azərbaycan xalqını

Bakıda yeddi rayonda söküntü işləri aparılacaq: Ərazilər açıqlandı

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". Bu barədə -a açıqlamasında Azərbaycan Qiymətləndiricilə

Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi

20 Sentyabr - Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. -un məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən

Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?

Sumqayıtda məmur eyni qəddarlığı və "qətiyyət"ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi. xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər İctimai Birliyi"ni

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrindəki (əlavə təhsil istisna olmaqla) təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Elm və təhsil komitəsini

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırdı

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırıb. xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb. Bildirilib ki

FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbua

Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO

Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib. . xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib. . Z.Abbasəliyevin xəstəlikdə

Anar Ələkbərov 'Qeyzer' sərgisində iştirak edib - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan "Qeyzer" müasir incəsənət sərgisində iştira


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər idman xeberleri xəbər.az krimnal xeber