"50-60 balla xaricə üz tutanlar var ki, sonda uğurlu nəticə qazanırlar" - AÇIQLAMA + FOTO

"50-60 balla xaricə üz tutanlar var ki, sonda uğurlu nəticə qazanırlar" - AÇIQLAMA + FOTO
Azərbaycanda qəbul imtahanından 50-60 bal toplayan abituriyentlər müxtəlif yollarla xaricdəki ali məktəblərə üz tuturlar. Daha sonra da oradan köçürmə yolu ilə Azərbaycandakı ali məktəblərə gəlirlər. Özlərindən qat-qat artıq bal toplayan tələbələrlə birlikdə "oxuyub" diplom alırlar.
Bəs görəsən, bunun qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? Ali məktəblərdə daxili imtahanlar sərtləşdirilməlidir, yoxsa keçid zamanı abituriyentin neçə bal toplamasını nəzərə almaq lazımdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, 50-60 baldan aşağı toplayan abituriyentlər də xaricdə ali məktəblərə qəbul olublar:
"Qəbul imtahanında yüksək bal toplayanlar azalıb. Bu səbəbdən də aşağı balla xarici universitetlərə üz tutanların sayında artım müşahidə olunur. 50-60 bal toplayan abituriyentlərin hansısa yolla xarici ali təhsil müəssisələrinə qəbul olmaları hallarına rast gəlinir. Hətta daha aşağı bal toplayıb, xaricdə ali məktəbə qəbul olanlar da az deyil".
İ.Orucov aşağı bal toplayanların əksəriyyətinin attestatla xarici universitetlərə üz tutduqlarını dilə gətirib:
"Onlar attestatla xarici ali təhsil müəssisələrinə qəbul olurlar. Əslində onların qəbul şərtləri universitetin tələbləri çərçivəsində baş verir. Bu normal haldır. Yəni proses qanuni şəkildə həyata keçirilir. Daha sonra həmin tələbələr transfer yolu ilə Azərbaycana gəlib, buradakı ali məktəblərdən yararlanmaq istəyirlər.
Elm və Təhsil Nazirliyində bütövlükdə tələbə köçürülmələri şəffafdır. Burada proses ədalətli şəkildə tənzimlənir. 50-60 balla qəbul olmuş tələbənin çox aşağı səviyyəli transfer üzərindən Azərbaycan universitetinə köçürülməsi mümkünsüzdür. Qəbul edilməz bir haldır. belə məsələ ilə hələ ki, qarşılaşmamışam".
"Ali təhsil müəssisələrində qəbulu asanlaşdırıb, imtahan prosesini çətinləşdirmək lazımdır. Tədris prosesini artıq sərtləşdirməyin zamanıdır. Xarici təcrübəyə də nəzər yetirsək görərik ki, belədir. Dünyada 12 yerdə olan universitetə tutaq 400-dən çox adam qəbul olubsa, 4 il sonra 120 nəfər məzun olur. Bu baxımdan ali təhsil müəssisələrində tədris prosesinin sərtləşdirilməsinin tərəfdarlarındanam", - deyə İ.Orucov əlavə edib.
Təhsil eksperti Ramal Şəmşədli qeyd edib ki, bal abituriyentin savadlılıq anlayışının ölçüsü deyil:
"Transfer zamanı bütün məqamlara diqqət edilir. Dövlət İmtahan Mərkəzində abituriyentin imtahanlarda iştirak edib-etməməsi nəzərə alınır. Transfer olunanlar  var ki, onlar bütün şərtlərə uyğundurlar. Bal savad anlayışı deyil. Burada 50-60 bal toplayıb, xarici universitetlərə üz tutan abituriyentlər var ki, sonda uğurlu nəticə əldə edirlər. Mənim fikrimcə, bal savad, bacarıq və karyera üçün ölçü deyil. Xaricdə universitet oxumaq çox çətindir".
R.Şəmşədli qeyd edib ki, 8 və 9-cu siniflərə ixtisas seçimi testi tətbiq olunmalıdır:
"Bu, çox önəmli test üsuludur. Düşünürəm ki, mütləq şəkildə olmalıdır. Təhsil sahəsində inkişaf etmiş ölkələrdə də bu sistem tətbiq olunur. Testin nəticəsi ilə hər şey bəlli olur. Bu gənclərin inkişafı üçün çox önəmlidir.
Bu il 700 bal toplayan abituriyent yoxdur. Minlərlə gənc az bal toplayıb. Əksəriyyət də I ixtisas qrupunu seçib. Şagird bəzən ixtisas qrupunu nəyə görə seçdiyini də bilmir. Əksəriyyətinin riyaziyyat bazası yoxdur, lakin I ixtisas qrupuna üz tutur".
"Sonda qeyd etmək istəyirəm ki, əvvəlki illər elə bilirdilər ki, 640 bal toplayan filan ixtisasda oxuya bilər. İndi başa düşdülər ki, 200 bal toplayan da oxuya bilər. Problem sistemimizdədir. Keçid balı ölçü deyil. Dövlət İmtahan Mərkəzi bir daha sübut etdi ki, gənclərimiz üçün bir ölçü deyil", - deyə R.Şəmşədli qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 07 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber