Alimlər xərçəngi ilkin mərhələdə məhv edən maddə kəşf etdilər
ABŞ-da alimlər xərçəng hüceyrələrini öldürən maddə sintez ediblər. Bu maddə, çox vaxt qədim qəbirlərdə rast gəlinən zəhərli Aspergillus flavus göbələyindən əldə olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Pensilvaniya Universitetinin rəsmi saytında məlumat verilib.
Mütəxəssislərin sözlərinə görə, sözügedən göbələk çox təhlükəli toksinlər ifraz edir və hətta insanı öldürə bilər. 1970-ci illərdə bu göbələyin təsirinə məruz qalan on alim həyatını itirmişdi. Onlar Polşa kralı IV Kazimirin qəbrini açarkən bu toksinlə təmasda olmuşdular. Lakin indi həmin göbələkdən potensial dərman maddəsi əldə olunub.
Açıqlamada qeyd olunur: "Aspergillus flavus göbələyindən yeni molekulyar sinif ayrıldıqdan sonra, tədqiqatçılar bu kimyəvi maddələri dəyişdirmiş və onları qan xərçəngi hüceyrələrinə qarşı sınaqdan keçirmişlər. Nəticə? Xərçəng hüceyrələrini öldürən perspektivli bir birləşmə."
Yeni maddənin qan xərçəngi ilə mübarizədə faydalı ola biləcəyi bildirilir. Bu maddə xərçəng hüceyrələrinin bölünmə prosesini pozur. Lakin, alimlər qeyd edirlər ki, bu maddə hələ ki mükəmməl hesab edilə bilməz, çünki yalnız bəzi xərçəng növlərinə qarşı təsirlidir. Qaraciyər, döş və ağciyər xərçənginə qarşı isə təsirsiz qalıb.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan