Sovet dövrünün adamları niyə çox yaşayırlar?
Sağlam həyat tərzi uzunömürlülüyün əsas açarlarından biridir. Sovet dövründə insanların gündəlik həyatında olan bəzi sadə vərdişlər isə sağlamlığı qorumaqda və ömrü uzatmaqda mühüm rol oynayıb.
KONKRET.azMilli.Az-a istinadən xəbər verir ki, nevroloq Viktor Şaxnoviç bu vərdişlərin faydalarını açıqlayıb.
O, bildirib ki, sərin su ilə yuyunmaq sovet insanları üçün adi vərdişlərdən biri idi. Bu prosedur qan damarlarını gücləndirir, onların drenaj funksiyasını artırır və beləliklə baş ağrıları, bel və oynaq ağrılarını, hətta depressiyanı azaltmağa kömək edir.
Digər faydalı vərdiş isə axşam erkən yatıb səhər tezdən oyanmaqdır. Bu zaman bədən melatonin – yuxuya getməyə və keyfiyyətli dərin yuxuya kömək edən hormonun – istehsalını artırır. Nəticədə yuxu keyfiyyəti yaxşılaşır, yuxusuzluq azalır, maddələr mübadiləsi sürətlənir və artıq çəkinin qarşısı alınır. Yaxşı yuxu həmçinin ürək sağlamlığını möhkəmləndirir və psixikanın qorunması üçün vacibdir.
Sovet dövrünün ən sevilən idmanlarından biri olan xizək sürmək isə qan dövranını yaxşılaşdırır, nevroloji xəstəliklərin qarşısını alır və ürək-damar sistemi üçün böyük fayda verir.
Beləliklə, sadə, lakin təsirli bu vərdişlər həm fiziki, həm də zehni sağlamlığın qorunmasında əvəzsiz rol oynayıb və müasir dövrdə də diqqətə layiqdir.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan