50-dən çox şəxsə artıq pensiya verilməsi ilə bağlı cinayət işi başlanıldı

50-dən çox şəxsə artıq pensiya verilməsi ilə bağlı cinayət işi başlanıldıDövlət Sosial Müdafiə Fondunda (DSMF) 51 nəfərə 884 min manat artıq pensiya verilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə azxeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Hesablama Palatası tərəfindən dövlət vəsaiti və digər dövlət əmlakının istifadəsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci il tarixədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

İqtisadiyyat     Baxılıb: 254   Tarix: 27 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçılar

Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: "Park Yasamal"da mənzillər satışa çıxdı

"ın Yasamal rayonunda yerləşən "Park Yasamal" yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb. Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam təmirli şəkild

Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reys

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTOLAR

Mobil operator "Nar"ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərəbaşladı. "Nar"ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçiriləntəlimlər seriyası

İpotekaya yararlı yeni mənzillər satışa çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb. nazırliyə istinadən xəbər verir ki, mənzilləri

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir

Lider mobil operatorun qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin qaliblərindən biri olan "Mil" Sosial və İqtisadi Sahələrdə Maarifləndirm

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən

Azərbaycanda qadın sahibkarlığı hər keçən gün daha da böyüyür. xəbər verir ki, artıq 338 mindən çox xanım öz uğur hekayəsini yazır və biznesini genişləndirir. Yelo Bank bu müsbət tendensiyanı dəstəkləmək və xanım sahibkarların maliyyə imkanlarını dah

"Azərsun Holdinq" "Təmiz Dünya" İctimai Birliyinə dəstək verəcək

"Azərsun Holdinq" sosial məsuliyyət strategiyasına sadiq qalaraq, "Təmiz dünya" İctimai Birliyinə məhsul təminatı dəstəyi verəcək. xəbər verir ki, əməkdaşlıq çərçivəsində adıçəkilən şirkətlər qrupu  həssa

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi dah


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar son xəbərlər xabarlar dunyada son xeberler