50 yaşlı qadını öldürən məktəblinin cəzası məlum oldu - 10 il
Ötən ilin avqustunda Sabirabad şəhərində 1975-ci il təvəllüdlü Rəna İmanovanı kəsici alətlə qətlə yetirilməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ramal Qurbanlıya hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə təqsirli bilinib.
Qeyd edilib ki, Sabirabadın Əsədli kənd sakini olan Ramal 10-cu sinif şagirdi olub və ali məktəbə hazırlaşırmış. O, hazırlığa gedib-gələrkən Sabirabad şəhərində yaşayan 50 yaşlı R.İmanova ilə tanış olub və bir neçə dəfə qadının evində onunla görüşüb. Rənanın tək yaşadığını, pul və qızıllarının olduğunu öyrənən Ramal onu öldürmək qərarına gəlib.
O, Rənanın mənzilinə aldatma yolu ilə daxil olduqdan sonra çoxsaylı bıçaq zərbələri ilə qadını qətlə yetirib və evdən 5700 manatlıq qızıl, telefon götürərək qaçıb. Lakin qısa müddət sonra polisin keçirdiyi tədbirlərlə Ramal Qurbanlı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fevralın 27-də çıxardığı hökmlə Ramala 10 il həbs cəzası verilib. Cəza təyin edilərkən qanunda yetkinlik yaşına çatmayanlara maksimum cəza müddəti tələbi nəzərə alınıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır