6-cı Beynəlxalq Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər konqresi baş tutdu

6-cı Beynəlxalq Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər konqresi baş tutdu27 mayda Bakı Azərbaycan səhiyyəsindəki inkişafı dünyada tanıtmaqda önəmli rol oynayan beynəlxalq tədbirə ev sahibliyi edib.
azxeber.com xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə Həsr Olunmuş, 6-cı Beynəlxalq, 2-Xəzəryanı Dövlətlərin, 4-cü Türk dilli Xalqların Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresi, 52-ci Beynəlxalq Bariatrik Klub Simpoziumunda 90-a yaxın xarici və yerli professorların, elm xadimlərinin çıxışları və 500-ə yaxın həkim və rezidentlərin iştirakı ilə yüksək səviyyədə təşkilatçılığı ilə fərqlənən Konqres olub. Dünya şöhrətli Harvard, Oxford, Cərrahpaşa və digər universitetlərin bariatrik metabolik cərrahiyyə üzrə bölüm rəhbərləri, İFSO, İBC prezidentləri, 12 beynəlxalq dərnəkdən, 15 ölkədən konqresə təşrif buyuran elm xadimləri tədbirin nə qədər əhəmiyyətli olduğunu göstərən faktorlardandır. Önəmli məqamlardan biri də, konqresin beynəlxalq qurumlar olan İFSO(Beynəlxalq Bariatrik Federasiya), İBC(Beynəlxalq Bariatrik Klub Simpoziumu) və GLR(Qlobal Laporoskopik & Robotik) tərəfindən təsdiq olunması olub. Həmçinin Konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 17 DTT balı ilə akkreditasiya olunub. 
Konqresin milli sədri olan, Beynəlxalq Bariatrik Federasiyasının ölkəmizdəki tək rəsmi üzvü, Bariatriya sahəsində beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan, ABMCA (Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Asossasiyası) sədri olan T.e.n.(Tibb üzrə Elmlər namizədi) Dr. Taryel Ömərov tədbir haqqında qısa məlumat verib:
"Ulu Öndərimizin 100 illiyinə Həsr olunmuş beynəlxalq konqresə ev sahibliyi etmək bizlər üçün çox böyük məsuliyyət, eyni zamanda qürürdur. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, artıq Azərbaycanda da beynəlxalq aləmdə təsdiqlənmiş tibbi elmi konqreslər, tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu eyni zamanda, Cənab Prezident İlham Əliyevin tibb sahəsinə göstərdiyi yüksək qayğının nəticəsidir ki, beynəlxalq tibb aləminə Azərbaycanda icra etdiyimiz cərrahi və qeyri cərrahi müalicə metodikalarının uğurlu nəticələrini xarici qonaqlarımızla paylaşaraq təcrübə mübadiləsi edirik. Xarici mütəxəssislər bu metodikalarla yaxından maraqlanaraq təqdirlə qarşılayır və səhiyyəmizdəki inkişafı müsbət mənada təəccüb ilə qarşılayırlar".
Konqresin beynəlxalq sədrlərindən olan İFSO(Beynəlxalq Bariatrik Federasiyasının prezidenti), Amerikanın tanınmış Harvard Universitetinin fəxri elmi məruzəçisi Professor Skott Şikora da öz təəssüratlarını paylaşıb:
"İlk dəfədir Azərbaycanda bir tibbi elmi konqresdə iştirak edirəm. Təəssüratlarım çox yüksəkdir, istər Bakı, istərsə də konqress haqqında. Əlbət ki, beynəlxalq elmi konqreslərin təşkil olunması asan iş deyil, ama əminliklə demək olar ki, dostumuz Dr.Taryel Ömərov və komandası bunun öhdəsindən çox gözəl gəliblər. Bariatrik cərrahiyyənin beynəlxalq protokollara uygun tətbiq edilməsi və pasiyentlərə daha çox faydalı ola bilmək üçün bu silsilədən olan konqreslər, tədbirlərin əhəmiyyəti əvəzedilməzdir".
Son olaraq, konqres haqqında digər beynəlxalq sədr olan, TOSS(Türkiyə Bariatrik Cərrahiyyəsi Dərnəyi) prezidenti, Professor Mustafa Taşkın öz fikirlərini söyləyib:
"Can Azərbaycan mənim üçün hər anlamda doğma vətəndir. Buraları çox sevirik və qardaşımız Dr. Taryel Ömərovun təşkil etdiyi bütün beynəlxalq  tədbirlərdə oğlum Dr. Halit Eren Taşkınla sevərək və böyük qürurla iştirak edirik. Hər gəlişimizdə istər tibb, istər digər sahələrdə olan inkişaflara gözlərimizlə şahid olmamız isə bizi xoşbəxt edir. Günümüzün qlobal xəstəliklərindən hesab edilən piylənməyə qarşı mübarizədə uğurlu təcrübələri həm paylaşmaq, həm də digər çıxışçılardan dinləmək isə bizlərdə gələcəyimizə dair ümid yaradır. Unutmayaq ki, bütün bu xidmətlər həm Azərbaycan, həm dünya insanına faydalı olmaq üçündür".

Sosial       Tarix: 30 may 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezenesi en son xəbərlər bugün son xeber az bu gunun xeberleri haqqinda melumat