6 milyard dollarlıq kokain yüklənmiş TIR… - Kosovada ƏMƏLİYYAT
Müstəqilliyi qismən tanınmış Kosovoda üç ölkə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bazar dəyəri 6 milyard dollar olan 2.2 ton kokain ələ keçirilib. Tez-tez iri həcmdə kokain ələ keçirilən, narkomafiyaların faktiki nəzarətində olan və "Avropanın Kolumbiyası" hesab edilən Kosovoda bu əməliyyat Albaniya və İtaliya polisinin dəstəyi ilə həyata keçirilib.
Bildirilir ki, tonlarla kokain Kosovonun Durres limanından TIR-a yüklənib. Polis həmin TIR-ı təqib etməyə başlayıb və Priştina şəhərinə daxil olarkən saxlayıb. Polisin yaydığı görüntülərdə TIR-ın üzərindəki yazılar və dövlət nömrə nişanı bağlanıb. Kokainin Kosovoya hansı ölkələrdən keçirilərək gətirildiyi bilinmir. Ehtimal edilir ki, kokain daha sonra müxtəlif Avropa ölkələrində narkotacirlərə paylanmaq üçün daşınırdı.
Bu, son bir ayda Durres limanında aşkarlanan üçüncü iri kokain partiyasıdır.
Balkan marşrutu hazırda beynəlxalq narkomafiyanın istifadə etdiyi əsas transit marşrutudur. Bu marşrutun üzərində yerləşən Albaniya və Kosovoda təkcə bir il ərzində 10 tona yaxın kokain aşkarlanıb. Lakin bunlar həmin ölkələr üzərindən daşınan kokainin cüzi hissəsi hesab olunur. (virtualaz.org) /publika.az

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər