60 min nəfərlik gizli qoşun üzə çıxdı - Azərbaycanın qonşuluğuna da yerləşib

60 min nəfərlik gizli qoşun üzə çıxdı - Azərbaycanın qonşuluğuna da yerləşibABŞ Müdafiə Nazirliyi ötən 10 il ərzində təxminən 60 min nəfərlik gizli, maskalanmış qoşun yaradıb. Həmin qoşun dünyanın bir çox ölkələrinə səpələnib, o cümlədən İran və Rusiya kimi ölkələrdə yerləşib.
Bu barədə nüfuzlu "Newsweek" jurnalının araşdırmasında deyilir. Jurnal gizli qoşunu iki ilə yaxın davam edən araşdırması nəticəsində üzə çıxardığını bildirir. Araşdırma zamanı həmin gizli proqramın bir çox iştirakçılarından müsahibələr ötürülüb, habelə müdafiə sahəsində işləyən məsul şəxslərdən məlumatlar alınıb.
60 min nəfərlik gizli qoşun üzə çıxdı - Azərbaycanın qonşuluğuna da yerləşibJurnal qeyd edir ki, bu cür iri miqyasda gizli qüvvələrin yaradılması ABŞ qanunlarına, Cenevrə konvensiyasına, döyüş əməliyyatlarının aparılması və hərbçilərin hesabatlılığı prinsiplərinə ziddir. Bildirilir ki, Pentaqonun gizli ordusunun heyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analoji qüvvələrinin sayından 10 dəfə çoxdur. Gizli ordunun mənsubları həm bilavasitə hərbi qulluqçular kimi, həm mülki adlar altında fəaliyyət göstərən əməliyyatçılar qismində xidmət edirlər. Bəzən onlar kommersiya müəssisələrinin və ya konsaltinq firmalarının əməkdaşları kimi özlərini təqdim edirlər. Gizli ordunun mənsubları həm real şəraitdə, həm kiberməkanda fəaliyyət göstərir.
Gizli orduya mülki şəxslər və saxta adlar altında çalışan podratçılar da cəlb olunub. Bu da gizli əməliyyatların artmasının nəticəsidir. Gizli ordunun yarısını dünyanın müxtəlif yerlərində məxfi əməliyyatlar həyata keçirən hərbi bölmələr təşkil edir. Digər yarısı isə kəşfiyyat və əks-kəşfiyyat mütəxəssislərindən ibarətdir. Onların bir qismi xarici ölkələrdə başqa adlar altında işləyirlər.
60 min nəfərlik gizli qoşun üzə çıxdı - Azərbaycanın qonşuluğuna da yerləşibNəhayət, gizli ordunun bölmələrindən biri də kiberəməliyyatlar və virtual məkanda hücumlar həyata keçirməklə məşğuldur. Bu bölmənin əməkdaşlarının əksəriyyəti ABŞ ərazisində işləyir. Pentaqonun gizli ordunu formalaşdırmaqda məqsədi qlobal miqyasda terrorla mübarizə, habelə Rusiya və Çin kimi ölkələrlə rəqabətdir.
Proqrama 130-a yaxın özəl şirkət, onlarla az tanınan və gizli hökumət təşkilatları cəlb olunub. Proqrama cəlb olunan şirkətlər ildə gizli ordunun fəaliyyəti üçün Pentaqondan 900 milyon dollardan çox vəsait alır. Bu vəsait saxta sənədləşmənin hazırlanmasına, başqa adlar altında işləyən əməliyyatçıların hesablarının ödənilməsinə, xüsusi avadanlıqların istehsalına və satın alınmasına, o cümlədən casus avadanlıqlarının alınmasına sərf edilir.
Həmin gizli qüvvələrin mənsubları təkcə Pakistandan tutmuş Qərbi Afrikaya qədər ə müxtəlif regionlarda terrorçulara qarşı fəaliyyət göstərmir, eyni zamanda böyük ölçüdə dünyanın "qaynar nöqtələrində", o cümlədən Şimali Koreya və İranda da işləyir. Gizli ordunun mənsubları kiberməkanda kəşfiyyat məlumatları toplayır, sosial şəbəkələrdə manipulyasiyalar həyata keçirir, o cümlədən kiberhücumlar təşkil edir.
Araşdırma ilə bağlı hələlik ABŞ rəsmi orqanlarının heç bir şərhi yoxdur. (Virtualaz.org)

Dünya       Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber axsam.az xeberler cəbhədən son məlumat bu gunun xeberleri haqqinda melumat