7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?

7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?Dekabrın 7-də Globalinfo.az-da belə manşet yazısı vermişdik: ".
Yazı saytda çıxandan təxminən 3 saat sonra ölkə başçısının Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı yayıldı.
Nostradamusluq iddiasında deyilik. Şerlok Holms yetənəyinə sahib olduğumuzu da söyləmirik. Sadəcə prosesləri sistemli şəkildə izləmək, məntiqi ardıcıllığa baxmaq, bir də müəyyən həddə informasiya bu cür məqalələrin yazılmasına səbəb olur.
İndi hamını düşündürən sual budur ki, mürəkkəb geosiyasi vəziyyətdə növbədənkənar prezident seçkisi haqda qərar (Sərəncam) niyə verildi? Bunu şərtləndirən, qaçılmaz edən hansı siyasi durumdur?
Müharibə başa çatıb. Ərazi bütövlüyü tam bərpa edilib. Budəfəki seçki Zəfər seçkisi olacaq. İlk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək bir seçki izləyəcəyik. Həm də buna görə 7 fevral seçkisinin xüsusi önəmi var.
Məni seçkidən sonrakı mərhələ maraqlandırır. İki ay sonrakı Azərbaycanda nələr yaşanacaq?
7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?2018-ci ildə keçirilən prezident seçkisindən sonra ciddi kadr dəyişikliyi baş verdi. Sürpriz təyinatlar oldu. Köhnə komandanın gedişinin əsası o seçkidən sonra qoyuldu. Ondan ilyarım sonra "əski qvardiya" nümayəndələrinin mütləq əksəriyyəti vəzifədən uzaqlaşdırıldı.
Bu dəfə də oxşar situasiya ola bilər. Güman ki, həm köhnədən qalan kadrlarla vidalaşılacaq, həm də etimadı doğrultmayan məmurlar işdən çıxarılacaq. Yerdəyişmələr də mümkündür.
Dünən Elm və Təhsil Nazirliyində (ETN) kadr dəyişikliyi ilkin siqnal sayıla bilər. ETN son illər kadr bankı rolunu oynayır. Burda yetişmiş, təcrübə toplamış iki şəxs – Mikayıl Cabbarov və Ceyhun Bayramov hazırda ölkənin ən əsas və həssas nazirliklərinə rəhbərlik edirlər. Dünən vəzifələrə təyin olunan şəxslərin də yaxın vaxtlarda hansısa qurumlarda daha yüksək vəzifələr tutmayacaqlarını kim söyləyə bilər?
Təbii, bu elə bir prosesdir ki, nə bir nazirliklə yekunlaşacaq, ya da bir neçə kadrın işdən çıxarılması ilə başa çatacaq. Prezident məsələyə qlobal yanaşır. Azərbaycan dəyişib. Tamam başqa bir mərhələyə qədəm qoyulub. Hər mərhələnin öz şərtləri var. O şərtlərə mütləq əməl olunmalıdır. Məsələn, icra strukturunda yaşlı, köhnə komandadan qalan nazirlər, komitə sədrləri, digər yüksək vəzifəli məmurların vəzifədə qalması, sizcə, mümkündürmü? Onlar hazırkı çevik idarəçiliyə ayaq bağı sayılırlar.
Bir neçə dövlət qurumunun adının dəyişdiriləcəyi, onların vahid ad altında birləşdiriləcəyi gözlənilir. Necə ki, buna son illər rast gəlirik. Məsələn, bu il mart ayında Prezidentin Fərmanı ilə bir neçə qurum ləğv edilərək, onların əsasında Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Bənzər halların seçkidən sonra daha böyük miqyas alacağı istisna deyilir.
Təhsil, səhiyyə, sosial müdafiə, hərbi və s. sahələrdə inqilabi addımlara gediləcəyi barədə də məlumatlar dolaşır. Yuxarıda da qeyd etdik, Elm və Təhsil Nazirliyində son təyinatlar, işdən çıxarılmalar anons xarakterlidir.
Ən aktual suallardan biri də referendumun və Milli Məclisə erkən seçkilərin keçirilməsi haqdadır. İlham Əliyev 4-cü Respublika quruculuğuna başlayıb. Məsələyə bu kontekstdən yanaşdıqda, yuxarıdakı sualın cavabı asanlıqla tapılır.
7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?Vaxtaşırı gözlənilən dəyişikliklər haqda məqalələr yazır, proqnozlar veririk. Əksəriyyəti gerçək olur.
İnanıram ki, Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə daha bir "Ağ inqilab" ssenarisini baş tutacaq. 2018-19-cu illərdəki "inqilab" – kadr dəyişikliyi, idarəçilikdə yeniliklər Azərbaycanın müharibə öncəsi planlarına daxil idi. Köhnə heyətlə müharibə aparmaq, qalib gəlmək riskli olardı. İndi də post-müharibə dövrü, quruculuq və Böyük Qayıdış mərhələsi başlayıb. Adına şərti olaraq "Ağ inqilab" dediyimiz prosesə ehtiyac yaranıb.
İki ay sonra hər şey aydınlaşacaq. Bu aydınlıq Azərbaycanın çıxdığı yeni yolu, gələcəyi müəyyən edəcək.
7 fevraldan sonrakı SEÇKİ – sensasion dəyişiklik olacaq: kimlər gedir?Azər Ayxan
Globalinfo.az / konkret.az

Siyasi       Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər