Belek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsi

Belek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiAntalyanın füsunkar Belek bölgəsində yerləşən və son illərdə elm-təhsil sahəsində əhəmiyyətli uğurlara imza atan Antalya Belek Universiteti 2024–2025-ci tədris ilini təntənəli məzuniyyət mərasimi ilə yekunlaşdırıb.
azxeber.com xəbər verir ki, universitet kampusunda keçirilən tədbir məzunlar, valideynlər və akademik heyətin bir araya gəldiyi möhtəşəm bir bayrama çevrilib. Tədbirdə yüksək vəzifəli qonaqlar, professor-müəllim heyəti və tələbələrin yaxınları iştirak ediblər.
Mərasimə tanınmış elm adamı Prof. Dr. Oğuz Özyaral və televiziya siması Yasemin Tekin aparıcılıq ediblər. Rəsmi çıxışlara isə Prof. Dr. Mustafa Fadıl Sözen start verib. O, məzunlara səmimi təbriklərini çatdıraraq vurğulayıb:
"Bu gün bir mərhələnin tamamlanması ilə yanaşı, yeni bir səhifənin də başlanğıcıdır. Uğurlarınız təkcə sizin deyil, ailələrinizin və cəmiyyətin də qürurudur".
Rektor vəzifəsini icra edən Prof. Dr. Abdullah Kuzu çıxışında tələbələrin dördillik əzmini və əməklərini yüksək qiymətləndirərək onların artıq cəmiyyətə xidmətə hazır olduğunu bildirib:
"Bu uğurda əməyi olan hər kəsə — valideynlərə, müəllimlərə və universitet rəhbərliyinə təşəkkür edirəm".
Universitetin Mütəvəlli Heyəti sədr müavini və keçmiş nazir İlker Tuncay çıxışında təhsilin ömür boyu vacibliyini önə çəkib. Hazırda özü də universitetin tələbəsi olan Tuncay biliyin yaşla məhdudlaşmadığını qeyd edib. O çıxışının sonunda Prof. Dr. Mustafa Fadıl Sözenə təşəkkür plaketi təqdim edib:
Mütəvəlli Heyətinin sədri Ekrem Çalkılıç isə məzunlara verdiyi mesajla tədbiri sonlandırıb:
"Buradan yalnız bir diplomla ayrılmırsınız. Siz artıq düşünən, məsuliyyət daşıyan, inkişaf etməyə açıq fərdlərsiniz. Xüsusilə də xarici dil biliklərinizi inkişaf etdirməyə davam edin. Uğur biliklə olduğu qədər şəxsiyyətlə də ölçülür".
Tədbirin sonunda fakültə və kollec birinciləri universitetin şərəf kitabına adlarını yazıblar. Ardınca Prof. Dr. Oğuz Özyaralın rəhbərliyi ilə məzun andı içilib. Keplerin səmaya atılması isə mərasimin emosional və simvolik zirvəsi olub.
Gecənin növbəti hissəsində səhnəyə məşhur DJ Hakan çıxıb. Tələbələr dərs və imtahanların yaratdığı stresdən azad olaraq musiqi və rəqs dolu bir gecə ilə məzuniyyət sevincini yaşayıblar.
Qeyd edək ki, 2015-ci ildə Antalya Mədəniyyət və Təhsil Vəqfi tərəfindən əsası qoyulan və 2017–2018-ci ildən fəaliyyətə başlayan universitet çağdaş təhsil metodları, praktikyönümlü proqramları və beynəlxalq tələbə profili ilə seçilir. Serik-Kadriye kampusunda hüquq, mühəndislik, psixologiya, qastronomiya, memarlıq və media kimi sahələrdə 21 müxtəlif proqram üzrə tədris aparılır. Hazırda universitetdə 23 ölkədən gəlmiş tələbələr təhsil alır.
Belek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsiBelek Universiteti məzunlarını gələcəyə uğurladı — Möhtəşəm mərasim, dərin mesajlar və musiqi dolu vida gecəsi

Siyasi       Tarix: 17 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum