75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində rus əsilli, 20 yaşlı Arzu Xəlilovanın amansız şəkildə qətlə yetirilib.
KONKRET.az milliaz-a istinadla xəbər verir ki, qətllə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Məlumatına görə, cinayət oktyabrın 3-də Yıldırım rayonundakı mənzildə, saat 15:00 radələrində baş verib. İlkin araşdırmalara əsasən, gənc qadın birgə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən öldürülüb.
Məlumata görə, cütlük arasında yaranan mübahisə zamanı Mehmet mətbəxdən bıçaq götürərək Xəlilovaya hücum edib. Qonşular evdən gələn səs-küyü eşidərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti yaxalayıblar.
Xəstəxanaya çatdırılan Arzu Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb. Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, onun bədənində 75 bıçaq yarası aşkarlanıb.
İstintaq zamanı Salican Mehmet cinayəti törətdiyini etiraf edib. O, ifadəsində bildirib ki, mübahisə qadının "alış-verişə gedirəm, uşaqlara bax" deməsindən sonra yaranıb və bu sözlər onu əsəbiləşdirib.
Qeyd edək ki, cütlüyün 3,5 və 2 yaşlarında iki azyaşlı qızı var. Araşdırmada məlum olub ki, Mehmet əvvəllər dəfələrlə məhkum olunub – onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur. Bundan əlavə, o, Arzu Xəlilovaya qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edilib.
Bursa Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Araşdırmalar davam etdirilir.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq