"8-ci kilometr" bazarında cibgirlik edən şəxs saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi 47 ünvanında yerləşən bazarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumatda bildirilir ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan Said Göyçayev tutulub. Araşdırma zamanı onun "8-ci kilometr" bazarında cari ilin aprel və may aylarında əsasən yaşlı qadınların cibindən pul kisələri oğurladığı məlum olub. Hələlik zərərçəkənlər şəxslərdən ikisinin müvafiq olaraq 150 və 435 manat pulunun Said Göyçayev tərəfindən oğurlandığı sübuta yetirilib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Said Göyçayev paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib