"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kilian Mbappenin söylədiyi fikirlərlə bağlı baş verən hadisəyə görə Çin xalqından üzr istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
"Real Madrid" klubu oyunçumuz Kilian Mbappenin son vaxtlar səsləndirdiyi fikirlərin Çin xalqında yarada biləcəyi hər hansı narahatlığa və ya incikliyə görə üzr istəyir. Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də "Real Madrid"ə sevgi və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır. Klub Kilian Mbappenin ictimai şəkildə üzr istəməsinə qoşulur. Futbolçunun özü də dediyi sözlərə görə təəssüfünü ifadə edib və Çin xalqına olan hörmətini bir daha vurğulayıb. "Real Madrid" hörmət, dinc yanaşı yaşama və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir", – məlumatda qeyd olunub.
Qeyd edək ki, müsahibəsi zamanı Mbappe üzünün Mao Tzedunun şəklinin üzərinə yerləşdirilmiş memi çox bəyəndiyini demişdi. Buna cavab olaraq, Çin şirkətləri futbolçu ilə reklam müqavilələrini ləğv etməyə başladılar. Çin Mərkəzi Televiziyası da (CCTV) Mbappenin iştirak etdiyi İspaniya liqası oyunlarının yayımını müvəqqəti olaraq dayandırmışdı.
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar