Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladıMüasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyyə təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqları qalmaqdadır. Xüsusilə son dövrlərdə kart məlumatlarının oğurlanması və onlayn dələduzluq hallarının gündəmə gəlməsi bu məsələni daha da aktuallaşdırır.
Bəs bank kartında pul saxlamaq həqiqətən təhlükəlidirmi? Dələduzlar vətəndaşların pullarını hansı üsullarla ələ keçirirlər və bundan qorunmaq üçün nələrə diqqət edilməlidir?
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev azxeber.com-a açıqlamasında bildirib ki, əsas təhlükə bank sisteminin özündən deyil, istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsindən qaynaqlanır:
"İlk növbədə bir anlayışı dəqiqləşdirməliyik. Bank sisteminin özündə baş verən dələduzluq nəticəsində pul itirmək ehtimalı statistik baxımdan olduqca aşağıdır. Əsas təhlükə istifadəçinin şəxsi məlumatlarının oğurlanmasıdır. Dələduzlar birbaşa kartın özünə deyil, onunla bağlı PIN kod, CVV, kart nömrəsi və birdəfəlik təsdiqləmə kodları kimi məlumatlara hücum edirlər".
Ekspertin sözlərinə görə, kiberdələduzlar vətəndaşların bank məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər:
"Ən geniş yayılmış üsullardan biri fişinqdir. Bu zaman vətəndaşlara bank adından saxta mesajlar və elektron məktublar göndərilir. Məsələn, "Bank hesabınızda şübhəli əməliyyat aşkarlanıb, dərhal bu linkə daxil olun" məzmunlu bildirişlərlə istifadəçilər saxta saytlara yönləndirilirlər. Həmin saytlara daxil edilən məlumatlar birbaşa dələduzların əlinə keçir.
Digər üsul sosial mühəndislikdir. Bu zaman dələduzlar özlərini bank əməkdaşı, polis və ya rəsmi qurum nümayəndəsi kimi təqdim edərək vətəndaşlara zəng edirlər. Onlar insanları təşvişə salaraq təhlükəsizlik bəhanəsi ilə kart məlumatlarını və SMS təsdiqləmə kodlarını əldə etməyə çalışırlar.
Bundan başqa, bankomatlara və ödəniş terminallarına xüsusi qurğular yerləşdirilməsi yolu ilə kart məlumatlarının oğurlanması, eləcə də telefon və kompüterlərə zərərli proqramların yüklənməsi də geniş istifadə edilən üsullardandır".
Fərid Musayev bildirib ki, bank kartlarında saxlanılan vəsaitlərin təhlükəsizliyini təmin etmək üçün istifadəçilər bir sıra vacib qaydalara əməl etməlidirlər:
"İlk növbədə, heç bir halda kartın arxasındakı üçrəqəmli CVV kodunu və telefona göndərilən SMS təsdiqləmə kodunu başqalarına vermək olmaz. Bank əməkdaşları bu məlumatları müştərilərdən tələb etmirlər. Həmçinin PIN kodu kartın üzərində və ya telefonun qeydlər bölməsində saxlamaq təhlükəlidir.
Vətəndaşlara bank tətbiqləri vasitəsilə gündəlik və aylıq internet alış-verişi limitləri müəyyən etməyi tövsiyə edirəm. Bu, mümkün dələduzluq zamanı maddi itkilərin məhdudlaşdırılmasına kömək edə bilər. Eyni zamanda, internet alış-verişlərində əsas maaş kartından deyil, üzərində az məbləğ saxlanılan virtual kartlardan istifadə etmək daha məqsədəuyğundur".
Ekspert əlavə edib ki, texniki təhlükəsizlik tədbirləri də xüsusi əhəmiyyət daşıyır:
"Bank tətbiqlərində və elektron poçt hesablarında ikiaddımlı təsdiqləmə aktiv edilməlidir. Mobil bank tətbiqləri yalnız "App Store" və "Google Play" kimi rəsmi platformalardan yüklənməlidir. İctimai yerlərdə, xüsusilə kafe və hava limanlarında açıq Wi-Fi şəbəkələri üzərindən bank əməliyyatları aparmaqdan çəkinmək lazımdır. Mümkün olduqda mobil internetdən istifadə etmək daha təhlükəsiz seçimdir".
Fərid Musayev vurğulayıb ki, bank kartında pul saxlamaq özlüyündə təhlükəli deyil, əsas risk istifadəçilərin diqqətsiz davranışlarından yaranır:
"Rəqəmsal dünyada ən yaxşı müdafiə vasitəsi yalnız texnologiya deyil, həm də istifadəçinin məlumatlı olmasıdır. Şübhəli mesajlara qarşı ehtiyatlı davranmaq, tələsməmək və hər hansı əməliyyatdan əvvəl məlumatı doğruluğunu bankın rəsmi kanalları vasitəsilə yoxlamaq vacibdir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 29 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeber.az 2026 hava proqnozu son xeber az