8 noyabr-Zəfər Günü ilə bağlı Naftalanda silsilə tədbirlər davam etdirilir - FOTOLAR
Naftalan şəhərində fəaliyyət göstərən idarə və müəssisələrdə 8 noyabr-Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-nin Naftalan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Günü ilə bağlı tədbir və "Şanlı Azərbaycan tarixi" adlı açıq dərs keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr-Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. Möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan oğullarının igidliyindən söhbət açılıb. "Görünməyən Qəhrəmanlar" filmi nümaiş olundu.
Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunmuş "Qələbəyə doğru" şüarı altında atletika idman növünün kross qaçışı üzrə şəhər çempionatı keçirildi. Çempionatda 100 nəfərə yaxın idmançı iştirak edib. Şəhər çempionatında qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olundular.
Həmçinin Naftalan şəhər Gənclər və İdman idarəsinin, GİKM-nin Naftalan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr -Zəfər Gününə həsr olunmuş "Bayraqdar" İntellektual Oyunu üzrə şəhər çepionatı keçirilib. Çempionatda 5 komanda iştirak edib. Sonda təşkilatçılar tərəfinndən komandalara diplom və hədiyyələr təqdim edilib.
Şəhərin "Qələbə Parkında" məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə vətənpərvərlik mövzusunu əks etdirən "Şanlı Zəfər", "Şuşa sən azadsan!", "Xarıbülbül", "8-noyabr Zəfər günü" mövzularında rəsm işləri və şagirdlərin hazırladıqları əl işləri nümayiş olunub, məktəblərdə keçirilən tədbirlərdə Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət, zəfər, qəhrəmanlıq duyğularını əks etdirən şeir kompozisiyaları dinlənilib. Eyni zamanda İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə "Şanlı Zəfər" adlı fleşmob keçirilib.
Naftalan şəhər V. Namazov adına Körpələr evi- Uşaq bağçasında da 8 noyabr-Zəfər Gününə həsr edilmiş tədbir keçirilib, körpə fidanların ifasında mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub.
8 noyabr - Zəfər Günü ilə bağlı "Tədbirlər Planı"na uyğun olaraq "Yaddaş saatı" adlı aksiya keçirilmişdir. Aksiyada şəhidlərin xatirəsinin uca tutulması məqsədilə Xatirə kompleksinin, şəhid məzarlarının, bulaqların və şəhidlərin şəkil lövhələrinin ətrafları abadlaşdıraraq təmizlik işləri aparılıb.












/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var