80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: Rusiya istəsə, qısa müddətdə...

80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: Rusiya istəsə, qısa müddətdə...ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Rusiyanın Ukrayna sərhədlərində hələ də 80 mindən çox hərbi qulluqçudan və minlərlə döyüş texnikasından ibarət qoşun qruplaşması saxladığını deyiblər. Bu haqda "The New York Times" yazır. Bundan əvvəl Rusiyanın Ukrayna sərhədlərinə 120 minlik qruplaşma cəmləşdirdiyi məlum idi. ABŞ və Rusiya prezidentləri arasında telefon danışığının ardınca müdafiə naziri Sergey Şoyqu "döyüş yoxlaması üçün" Ukrayna sərhədlərinə yeridilən hərbi qüvvələrin daimi dislokasiya yerlərinə çəkilməsi barədə əmr verib. Bundan sonra qoşunların geri çəkilməsi prosesi həqiqətən başlayıb, lakin qəzetə danışan mənbələr deyiblər ki, Rusiya əslində çox az miqdarda qüvvələri geri çəkib.
80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: Rusiya istəsə, qısa müddətdə..."Onlar regionda kifayət qədər ölümcül qüvvələr saxlayıblar və təkcə bəzi qüvvələri geri çəkiblər",-ABŞ-ın Avropadakı xüsusi əməliyyatlar komandanlığının keçmiş rəhbəri, hazırda NATO-nun Ukrayna üzrə xüsusi əməliyyatlar müşaviri olan general Maykl Repass bildirib.
ABŞ dövlət katibi Entoni Blinken isə ötən gün mayın 6-da Kiyevə səfəri zamanı Ukraynaya qarşı Rusiya hərbi təhdidinin hələ də yüksək səviyyədə olduğunu deyib. O,Vaşinqtonun Rusiyanın "düşüncəsiz və aqessiv" hərəkətlərinə cavab olaraq Ukraynaya təhlükəsizlik sahəsində yardımları artıra biləcəyini vurğulayıb.
80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: Rusiya istəsə, qısa müddətdə..."Rusiya bəzi texnikaları geri çəkib, amma əhəmiyyətli ölçülərdə hərbi qüvvə hələ də Ukrayna sərhədlərində qalır. Nəticədə əgər Rusiya istəsə kifayət qədər qısa zaman ərzində aqressiv hərəkətlərə başlaya bilər",-dövlət katibi bildirib.
O, əmin edib ki, ABŞ situasiyanı diqqətlə izləyir. Blinken Ukraynanın Rusiyanın təcavüzkar addımları qarşısında nümayiş etdirdiyi "təmkinli mövqeni" yüksək qiymətləndirdiyini deyib. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 07 may 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 bugünkü son xəbərlər cəbhədən yeni xəbərlər xeber saytlari