8,8 milyon dollar daşıyan helikopter qəzaya uğradı - ANBAAN VİDEO
Liviyada bir neçə milyon dollar ekvivalentində pul daşıyan Mi-17 helikopteri eniş edən zaman qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı iki ekipaj üzvü yaralanıb.
"Liviyada nağd pul daşıyan vertolyot Tərhuna şəhərində (Tripolidən 65 km məsafədə yerləşir) stadiona enərkən qəzaya uğrayıb.
Mi-17 helikopteri Liviya Hərbi Hava Qüvvələrinə məxsusdur və göyərtəsində 40 milyon dinar (təxminən 8,8 milyon dollar) olub", - məlumatda deyilir.
Liviya hökuməti pul köçürməsini təsdiqləyib və vurğulayıb ki, helikopter qəzası çətin hava şəraiti ilə əlaqədar olub.
Helikopterin qəzaya uğradığı yerdən görüntülər də dərc olunub. Lakin pulun taleyi ilə bağlı məlumat verilməyib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək