9 May - Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

9 May - Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlanan İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də SSRİ-nin Yaponiya üzərində qələbəsi ilə nəticələndi. Almaniyanın əsas məqsədi dünyanın yenidən bölüşdürülməsi uğrunda aparılan mübarizə idi. Plan düşünülmüşdü. SSRİ hökuməti ilə 1939-cu ilin avqustunda on il müharibə etməmək haqqında müqavilə bağlanmışdı. Almaniyanın və digər böyük  dövlətlərin planlarında Azərbaycan məsələsi də vardı. Çünki Azərbaycan SSRİ-nin neft xammalına görə həmişə həm diqqət mərkəzində, həm də istifadəsində olduğu bir məkan idi.
Almaniya qısa müddətdə Mərkəzi və Qərbi Avropanı işğal edib öz gücünü ikiqat artırdı. 1941-ci il iyunun 22-də səhər saat dörd radələrində ildırımsürətli "Barbarossa" planı ilə SSRİ-nin qərb sərhədlərindən ölkəyə hücum etdi. SSRİ vətəndaşları üçün Böyük Vətən Müharibəsi başlandı. Qısa müddətdə ölkədə, o cümlədən Azərbaycanda Hitler Almaniyası üzərində qələbə üçün ümumxalq hərbi səfərbərliyi elan edildi. 700 min adam orduya səfərbər edildi. Arxa cəbhədə isə qadınlar, yeniyetmələr, təqaüdçülər cəbhəyə gedənləri əvəz etmək üçün istehsalata cəlb olundular.
Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradıldı. 750 rabitəçi, 3 min sürücü hazırlandı.
Almaniya planlarında Azərbaycanın neftinə əlverişli, strateji mövqeyinə xüsusi əhəmiyyət verilirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda komissarlıq adlanan idarə qurulması və bu qurum mərkəzi Tiflisdə olan Qafqaz reyxs komissarlığına tabe olmalı idi. 
Bakı 1941-ci ilin sonu, 1942-ci ilin əvvəli zəbt olunmalı və Bakı neftini çıxarmaq və daşımaq Almaniyanın "Kontinental neft" cəmiyyətinə tapşırılmalı idi.
Çoxmillətli Sovetlər ölkəsində milli diviziyalar yaradıldı. Onlara əsasən milli zabitlər rəhbərlik edidi. Azərbaycanlılar ön cəbhədə 402 və 223-cü (1941-ci il), 271-ci və qəhrəman 416-ci Taqanroq (1942-ci il)  və 77-ci (1942-ci il) komplekləşdirilmiş diviziyalarda daha çox toplaşmışdılar.
Azərbaycanlı döyüşçülər içərisində ilk Sovet İttifaqı Qəhrəmanı fəxri adına Novqorodun Pustinka kəndi uğrunda  gedən döyüşlərdə İsrafil Məmmədov layiq görülmüşdür. 1941-42-ci ilin əvvəlləri Moskva döyüşlərində fərqlənən tank bölmə komandiri Həzi Aslanov "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir. Sonra Stalinqrad döyüşlərində şücaət göstərən H.Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Lakin ona bu adın təqdimatı 1991-ci ildə, ölümündən sonra H.Əliyevin qarışması ilə nəticələndi. Tarixçi alim Ziya Bünyadov Polşa və Çexoslovakiyanın azad edilməsindəki qəhrəmanlığa, Yusif Sadıqov Reystağın alınmasındakı igidliyə görə, Təyyarəçi Hüseynbala Əliyev Leninqrad səmasında ağlasığmaz döyüşlərinə görə, ölümündən sonra isə Tuapse döyüşlərində Qafur Məmmədov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. 
Azərbaycanlı qadın və qızlar həm ön cəbhədə, həm də arxa cəbhədə kişilərlə çiyin-çiyinə vuruşmuşlar. Təyyarəçi  Züleyxa Seyidməmmədova da göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ümumiyyətlə, 121 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Abşeronlular müharibə dövründə ordunun ərzaq, geyim, lazımi avadanlıqlarla təchiz edilməsində əllərindən gələni əsirgəməyiblər. Ön cəbhədə canını vətənə qurban edənlər də az deyildi. Saray kəndinin qəhrəman oğlu Mikayıl Ələkbərov onlardan biridir. Novxanılı Mehdi Hüseynzadə partizan və antifaşist hərəkatının fəal iştirakçılarından olub. Yuqoslaviyada "Mixaylo" ləqəbi ilə tanınan Mehdi mindən çox faşist zabitini məhv etmiş, çoxlu sayda insanı faşist əsirliyindən xilas etmişdir. 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bu gün Novxanı 1 nömrəli tam orta məktəbi onun adını daşıyır.
Faşizm üzərində qələbənin qazanılması üçün Azərbaycanın elm və mədəniyyət xadimləri böyük və əvəzolunmaz töhfələr verdilər. Kimyaçı alim Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini istehsalının yeni texnologiyasını hazırladı. Geoloqlar yeni strateji xammal yataqları kəşf etdilər. Cərrah Mustafa Topçubaşov yeni hərbi cərrahiyyə metodları tətbiq etdi və minlərlə yaralı döyüşçünün həyatını xilas etdi.
1945-ci ilin martında SSRİ EA Azərbaycan filialı əsasında Azərbaycan EA yaradıldı. İlk Prezidenti isə görkəmli cərrah M.Mirqasımov oldu.
1944-cü ildə Cənubi Qafqaz müsəlmanlarının Ruhani İdarəsi yaradıldı ki, məqsəd dindarların Vətənin müdafiəsinə fəal surətdə qoşulmasına nail olmaq idi.
Azərbaycanda 1941-ci il iyunun 28-dən bütün işlər müharibənin tələblərinə uyğun quruldu, "Katyuşa" raketi və "Şpakin" pulemyotu istehsal edilir, "Yak-3" qırıcı təyyarəsinin hissələri yığılırdı.
Müharibə zamanı Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin verdi. Bu Sovet İttifaqı üzrə istehsal edilən neftin ¾  hissəsinə, benzinin 90%-nə bərabər idi. 130 adda silah və texnika istehsal edilirdi.
Bakıda yaralılar üçün hospitallar fəaliyyət göstərirdi. Görkəmli sovet alimləri və generallar bu fikri həmişə söyləyirdilər: Müharibənin qalibiyyətlə qurtarması üçün SSRİ hökuməti Bakı neftinə və qəhrəman Azərbaycan xalqına borcludur.
Prezident İlham Əliyev: "Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik". 
Taliyə Mirzəyeva,
Mehdi Hüseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 09 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar xeberler bu gun sonxəbər cəbhədən son xeber