"9 min verdim ki, şikayətçi olmasın" - Tamadanı bıçaqlayan şəxs

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray" şadlıq evində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin məhkəməsi keçirilib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı M.Hüseynov Mikayıl Əliyev küçəsində yerləşən şadlıq evinə gedərək orada ofisiant işləyən qardaşı oğlanlarını evə aparmaq üçün ora gəlib. O, foyedə oturaraq toyun başa çatmasını gözləyib və bu zaman Natiq Dağlaroğlunun onun ofisiant işləyən qardaşı oğlu Yadigarın üstünə qışqıraraq təhqir etdiyini görüb.
Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib və Natiq Dağlaroğlu ilə yanaşı, onun oğlu Məhəmmədin də onun üzərinə gəldiyini bildirib. O, hadisənin həmin zaman baş verdiyini deyib. O, həmçinin bildirib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Dağlaroğlu artıq Məmmədlə barışdığını, ondan şikayətçi olmadığını deyib. Tanınmış tamada həmçinin hadisənin ofisianta kobud söz deməsinə görə baş verməsini də etiraf edib: "1 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində restorana toyu aparmağa getmişdik. Restorana daxil olduqda mənimlə birlikdə gələn "Laçın" ansamblı üçün ayrılmış stola yaxınlaşaraq ofisiantı çağırıb ondan restoranın administratorunu çağırmağı xahiş etdim. Administratordan stola yemək gətirməyi tapşırmağını xahiş etmək istəyirdim, lakin o gəlmədi. Biz də toy sahibinə zəng edib şikayət etdik. Daha sonra digər administrator yaxınlaşaraq məndən kobud şəkildə toy sahibinə nə üçün zəng etdiyimi soruşdu. Yemək verilmədiyi üçün bəyin qardaşına zəng etdiyimi bildirərək masalardakı boşqabların yığışdırılmasını istədim. Sonra toy mərasimi başladı və 6 saat davam etdi. Toydan sonra bizim zəhmət haqqımızı verdilər və bundan sonra toyda mənə xidmət göstərmiş ofisianta və digər xidmət göstərmiş şəxsə bəxşiş olaraq 20 manat pul vermək üçün zala daxil olmaq istədikdə sonradan adının Yadigar olduğunu bildiyim şəxs məni qarşıladı və söhbət etməyə başladı. Onun danışıqları məndə pis təəssürat yaratdığından onunla aqressiv danışmağa başladım, təhqir etdim. Sonradan adının Məmməd olduğunu bildiyim şəxs bu sözləri eşitdikdə bizə tərəf yaxınlaşaraq mənə uşaqla niyə bu cür danışmağımın səbəbini soruşdu. Ondan kim olduğunu soruşduqda, həmin şəxs uşağın əmisi olduğunu dedi və ona "get, işinlə məşğul ol" deyə bildirdim".
Bundan sonra tərəflər arasında dava-dalaş yaranıb. Atası Natiq Dağlaroğlunu şadlıq evindən götürməyə gələn oğlu Məhəmməd də davaya qarışıb və o da xəsarətlər alıb.
Bakı Ağır Cinaytlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.

Hadisə       Tarix: 02 fevral 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag