9 qat dünya çempionundan nazirlik rəsmisinə SƏRT CAVAB
Azərbaycan Mautay Federassiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun bəzi idmançıları dırnaqarası dünya çempionu adlandırmasına etiraz edib.
Publika.az xəbər verir ki, A.Musayev Olimpiyan çempionu Fərid Mansurova xitab edərək bu sözləri deyib:
"Fərid müəllim, Sizin kimi digər idmançılar da neçə-neçə idman yarışlarında Azərbaycanın bayrağını qaldırıb, himnimizi səsləndirib. Amma həmin bayrağı qaldıran, himnimizi səsləndirən bəzi idmançıları dırnaqarası adlandırmaq, "bir-iki adamı udub özünü çempion hesab edir", demək nazirlik əməkdaşı kimi nə dərəcədə düzgündür? Bəs həmin idmançıların üzvü olduğu federasiyalar qeydiyyatdan keçməyib? Yaxud keçibsə, onların fəaliyyətinə niyə nəzarət olunmur, niyə idmançılar Olimpiya və qeyri-Olimpiya növləri üzrə yarışdıqlarına görə ayrı-seçkiliyə məruz qalır? Necə olur ki, bu gün Azərbaycan idmançılarının uğurları barədə hesabat verəndə Nazirliyin iş əmsalını artırmaq məqsədilə onlar say artırmaq üçün statistikaya daxil edilir, amma mükafatlandırmaya gələndə ayrı-seçkiliyə yol verilir? Bu cür ifadələri işlətməyi nazirlik rəsmisinə rəva bilmirik. Yaxşı olar ki, sosial şəbəkədə çıxış edəndə federasiyaların konkret adını, fəaliyyətini göstərəsiniz, ad çəkəsiniz".
Qeyd edək ki, Fərid Mansurov bir neçə gün əvvəl nazirliyin şöbə müdiri kimi qatıldığı canlı yayımda bu sözləri deyib:
"Dırnaqarası dünya çempionları bizim də nəzarətimizdədir. Biz nazirlik adından idmançıları yarışa göndərəndə həmin turnirin Avropa və dünya çempionatı olmasına, orda neçə idmançının iştirak etməsinə fikir veririk. Amma elə idmançılar var ki, 1-2 nəfərə qalib gəlir, çempion olur, hər yerdə də özünü dünya çempionu kimi təqdim edir. Məsələn, Rövşən Bayramov heç vaxt özünü dünya çempionu adlandırmayıb. Halbuki, adam 2011-ci ildə İstanbulda dünya çempionu olub. Əsl dünya çempionu öz titulunu sadalamır, 1-2 idmançıya qalib gəlmişlər özlərini dünya çempionu kimi təqdim edir".

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır