90 minlik rus qoşunu sərhəddə - Rəsmən təsdiqləndi
Rusiya təxminən 90 min nəfərdən ibarət qoşun qrupunu Ukrayna sərhədləri yaxınlığında və Krım və Donbasın işğal olunmuş ərazilərində cəmləşdirib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bəyan edilib ki, Müdafiə Nazirliyi Ukraynanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Krımda, Donetsk və Luqansk vilayətlərində yaranmış vəziyyəti diqqətlə izləyir. Ukraynanın kəşfiyyat orqanlarının təqdim etdiyi faktlar əsasında rus qoşunlarının irəlilədiyi təsdiqlənib:
"Ümumi sayı 90 minə yaxın olan qoşunlar bizim sərhədimizə yaxın və işğal olunmuş ərazilərimizdə yerləşdirilib. Bu qüvvələr qrupuna Cənub və Qərb Hərbi dairələrinin 8-ci və 20-ci ordularının qoşunları, həmçinin Rusiyanın Qara dəniz donanması daxildir".
Bildirilib ki, Rusiya regionda gərginliyi və qonşu dövlətlərə siyasi təzyiqi saxlamaq üçün vaxtaşırı hərbi hissələrin köçürülməsi və toplanması praktikasına müraciət edir.
Qeyd edək ki, daha öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov açıqlamasında rus qoşunlarının sərhəd zonasına yerləşdirilməsi xəbərlərinin reallığı əks etdirmədiyini bəyan etmişdi.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm