"AB-nin ürəyi" olan Brüsseldə Rusiyanın izləri silinir
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar "Avropa İttifaqının ürəyi" sayılan Brüsseldə bu ölkə ilə bağlı küçə və prospektlərin adlarının dəyişdirilməsi planlaşdırılır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Brüsselin mərkəzi və Saint-Gilles bələdiyyələrinin müşavirləri şəhərdəki "Rusiya küçəsi" və "Stalinqrad küçəsi" adlarının dəyişdirilməsini təklif ediblər.
Həmçinin onlar "Rusiya küçəsi"nin "Ukrayna küçəsi" adlandırılması təklifi ilə çıxış ediblər.
Belə ki, şəhər şurasının üzvləri Aİ-nin paytaxtı kimi tanınan Brüsselin Rusiyaya qarşı daha çox səsini ucaltması lazım olduğunu və bu cür simvolik hərəkətlərlə Ukraynaya dəstək verməsini istəyiblər.
Saint-Gilles Şəhər Şurasının üzvü Mark Naezer bu barədə belə deyib:
"Avropalılar olaraq qapımızdakı humanitar dram qarşısında səssiz qala bilmərik. Biz ukraynalılara ümid mesajı vermək və onları dəstəklədiyimizi xatırlatmaq istəyirik".
Qeyd edək ki, "Rusiya küçəsi" və "Stalinqrad küçəsi" Brüsselin mərkəzində insanların sıx olduğu ərazidə yerləşir.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib