"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı
Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxalq münasibətlərdə yersiz olduğunu vurğulayıb.
"Qısqanclıq tamamilə başqa sahəyə – kişi və qadın arasındakı münasibətlərə aid anlayışdır. Beynəlxalq siyasətdə bu kimi kateqoriyalardan istifadə olunmur", – deyə Putin jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Xatırladaq ki, sentyabrın 25-də Çin liderinin Vaşinqton səfəri çərçivəsində Donald Trampla görüşü baş tutub. ABŞ prezidenti qonağı şəxsən təyyarənin yanında qarşılayıb, ona ağbaş qartal heykəli hədiyyə edib, "Şöhrət xiyabanı"nda Co Baydenin portreti yerinə qoyulan avtomatik qələmi fotosunu nümayiş etdirib və rəsmi şam yeməyi təşkil edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı