Abdullah Zubir "Qarabağ"dan niyə "urvatsız" yola salındı?
Xəbər verdiyimiz kimi, Abdullah Zubir "Qarabağ" Futbol Klubundan ayrılıb. Onun komandadan getməsi müzakirələrə səbəb olub. Bəzi idmansevərlər hesab edirlər ki, futbolçu üçün daha təntənəli vida təşkil oluna bilərdi. Hətta komandanın əfsanəvi oyunçusunun belə "urvatsız" yola salınmasının arxasında başqa məqamların dayandığı iddia olunur.
Bəs Abdullah Zubir "Qarabağ"dan niyə ayrılıb?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, futbolçunun komandadan ayrılmasının arxasında hər hansı başqa məqsədin olduğunu düşünmür:
"Əldə etdiyim məlumata görə, klub rəhbərliyi Abdullah Zubirə xüsusi vida matçı keçirilməsini təklif edib. Lakin o, bununla razılaşmayıb. Ona görə də burada hər hansı başqa olayın və ya məqsədin olduğunu düşünmürəm".
K.Məstəliyevin sözlərinə görə, klub rəhbərliyi ilə Abdullah Zubir arasında münasibətlər hər zaman yaxşı olub:
"O, klubun və komandanın kapitanı idi. Həm azərbaycanlıların, həm də xarici azarkeşlərin sevimli "Qarabağ" futbolçularından biri olub. Ona görə də burada başqa bir məqsədin ola biləcəyini düşünmürəm".
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA