Abenin dəfn mərasimində Rusiyadan bu şəxs iştirak edəcək
Yaponiyanın sabiq baş naziri Sindzo Abenin dövlət dəfn mərasimində Rusiya nümayəndəsi kimi Prezidentin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı gözlənilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaponiya diplomatik missiyasından verilən məlumata görə, dəfn mərasimində 217 ölkə, region və beynəlxalq təşkilatın nümayəndələri iştirak etməyi planlaşdırır.
ABŞ-ı vitse-prezident Kamala Harris təmsil edəcək. Dəfn mərasimində Hindistanın Baş naziri Narendra Modi, Kanadanın Baş naziri Castin Trüdo, Şri-Lanka Prezidenti Ranil Vikramasinqe və başqaları iştirak edəcək.
Qeyd edək ki, Sindzo Abe iyulun 8-də Nara prefekturasında mitinqdə çıxış edərkən öldürülüb. O, iyulun 12-də kremasiya edilib. Abenin dövlət dəfn mərasimi sentyabrın 27-də Tokioda, İmperator sarayının yaxınlığında yerləşən "Budokan" idman arenasında keçiriləcək. Yaponiyada 1967-ci ildə keçmiş baş nazir Şiqeru Yoşidanın ölümündən sonra İkinci Dünya Müharibəsindən bəri yalnız bir dövlət dəfn mərasimi keçirilib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA