Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

Siyasi şərhçi: "İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatın 4-cü bəndində Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması, 9-cu bəndində isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulurdu. Lakin bu məsələlər uzun müddət öz həllini tapmadı".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
Siyasi şərhçi: "Müharibədən sonrakı dövrdə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin təxribatları, yeni mövqelərin yaradılması və möhkəmləndirilməsi, Azərbaycan hərbçilərinə qarşı silahlı insidentlər və mina təhlükəsi regionda sabitliyin tam təmin olunmasına mane olurdu. Bu birləşmələrin maliyyə və təchizat baxımından Ermənistandan dəstək alması vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Nəticədə müharibədən sonra formalaşmış atəşkəs rejimi davamlı təhlükəsizlik təmin edə bilmədi və Qarabağ ətrafında yeni hərbi-siyasi gərginlik yarandı. Azərbaycan bu proseslərin nəticəsi olaraq 2023-cü ilin sentyabrında antiterror tədbirləri həyata keçirdi. Təxminən bir gün davam edən əməliyyatlardan sonra Qarabağdakı erməni silahlı birləşmələri təslim oldular. Bununla ölkə ərazisində separatçı silahlı strukturların fəaliyyəti ləğv edildi və Azərbaycanın suverenliyi bütün ərazi üzərində bərpa edildi".
Siyasi şərhçi vurğulayır ki, 2023-cü ildən sonra regionda yeni reallıqlar formalaşmağa başladı.
"Qarabağda təhlükəsizlik şəraitinin dəyişməsi ilə bərpa və quruculuq layihələri sürətləndi, əhalinin azad olunan digər ərazilərə də qayıdışına şərait yarandı.  Xankəndi, Xocalı və digər ərazilərdə infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin bərpası istiqamətində işlər genişləndirildi. Qarabağ Universitetinin fəaliyyətə başlaması da regionda yeni sosial və iqtisadi mərhələnin formalaşmasının göstəricilərindən biri oldu.
Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdikdən  sonra  isə diqqət əsasən ərazilərin bərpasına, keçmiş məcburi köçkünlərin qayıdışına və regionda yeni siyasi və iqtisadi reallıqların formalaşdırılmasına yönəldi".
Aynurə İsmayıl

Siyasi       Tarix: 26 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler