ABŞ 24-48 saata müharibəyə qoşulacaq: İran üçün "kritik Cümə günü" yaxınlaşır

ABŞ 24-48 saata müharibəyə qoşulacaq: İran üçün Yaxın Şərqdə müharibə ritorikası daha da kəskinləşib. Times of Israel nəşrinin məlumatına görə, Təl-Əviv ABŞ administrasiyasının yaxın 24-48 saat ərzində İrana birbaşa zərbələrə qoşulması ilə bağlı qərar verəcəyini gözləyir. İddialara əsasən, bu qərarın Cümə günü (20 iyun) verilməsi ehtimalı yüksəkdir.
KONKRET.az-ınMusavat.coma istinadən verdiyi məlumata görə, ABŞ-ın planlaşdırdığı hava əməliyyatının əsas hədəfi İranın nüvə obyektləri olacaq. Xüsusilə Fordo uranın zənginləşdirilməsi kompleksi ön plandadır – çünki İsrailin bu obyektə müstəqil şəkildə zərbə endirmə imkanı yoxdur. ABŞ isə bu hərbi əməliyyatı texniki baxımdan reallaşdıra biləcək yeganə dövlətdir.
Ağ Evdən sızan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana qarşı mümkün hərbi əməliyyat barədə rəsmi qərar verə bilər. Lakin Musavat.com-un əldə etdiyi məlumatlara görə, "qərar artıq verilib" və Cümə günü (Bakıda artıq saatlar Şənbəni göstərəndə) ABŞ-ın bombardmanlara qoşulması ehtimalı istisna edilmir.
Hücumun məhz Cümə gününün axşamına planlaşdırılması da təsadüfi deyil. Burjalar bağlanır, qlobal dalğalanmalar, ya da eniş – çıxışlar üçün iki gün zaman qazanılır.
İran rəhbərliyinə qarşı hədəflər: Əli Xamenei də risk altında?
ABŞ-İsrail cütlüyünün mümkün zərbələri təkcə nüvə obyektləri ilə məhdudlaşmaya bilər. Musavat.com-a danışan yüksək rütbəli təhlükəsizlik mənbələri "İranın siyasi-hərbi rəhbərliyinin fiziki hədəfə çevrilməsi" ssenarisinin də gündəmdə olduğunu istisna etmir. Bu, İranın ali dini lideri Əli Xameneiyə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə qarşı mümkün əməliyyat riskini artırır.
ABŞ 24-48 saata müharibəyə qoşulacaq: İran üçün Tehran isə bu ssenarilərə tam hazır olduqlarını bildirir. İranın Ali Milli Təhlükəsizlik Şurası ötən gün açıqlama yayaraq bəyan edib ki, "düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək". Bu isə o deməkdir ki, Tehran mümkün ABŞ zərbələrinə cavabsız qalmayacaq və bölgədə gərginlik nəzarətdən çıxmaq üzrədir.
Növbəti 72 saat: Müharibə və ya önləmə?
Ortada açıq və təhlükəli bir reallıq var: əgər ABŞ yaxın 72 saat ərzində hücuma keçərsə, bu, artıq regional qarşıdurmadan çıxaraq qlobal böhrana çevriləcək. İranın cavab addımı təkcə İsraili deyil, ABŞ-ın regiondakı hərbi bazalarını, eləcə də Körfəz ölkələrini hədəfə ala bilər.
Bütün bu ehtimallar fonunda 20 iyun Cümə gününün axşam saatları təkcə İran üçün yox, bütün dünya üçün kritik dönüm nöqtəsi ola bilər. Vəziyyəti yaxın saatlarda dünya liderlərinin verdiyi açıqlamalar və regional hərbi aktivlik daha da aydınlaşdıracaq.

Siyasi       Tarix: 20 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər bugün 2026 valyuta mezennesi valyuta xeberlər