Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Çox mənidar hadisədir:
İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlara təslim etmişdi.
Daha bir mənidar hadisə isə 1970–1980-ci illərdə ASALA üzvlərinin Livan və Suriyadakı Fələstin düşərgələrində hərbi təlim keçməsi, silah və logistika dəstəyi almasıdır. Həmin təlimlərdən sonra ASALA-nın türk diplomatlarına qarşı başlatdığı terror hadisələri nəticəsində 31 türk diplomat və onların ailə üzvü öldürülüb.
Yenə mənidar bir hadisə: Fələstin Prezidenti Mahmud Abbas oktyabrın 29-da Cənubi Kipr Rum Administrasiyasına (GKRY) səfər edib və Rum administrasiyasının lideri Nikos Xristodulidis ilə görüşüb. Həm də Türkiyə üçün önəmli bir gündə – Cümhuriyyət Günündə.
Səmimi görüşdən sonra Abbas Fələstin xalqına göstərilən humanitar və siyasi dəstəyə görə Cənubi Kiprə minnətdarlığını ifadə edib.
Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi isə tələsik bir açıqlama ilə Mahmud Abbasın səfərinə etiraz edib.
Fələstin öz müqəddəratını təyin etmək hüququnu tələb edir, bəs Kipr türklərinin hüquqları?
Fələstin rəhbərliyi beynəlxalq platformalarda xalqın öz müqəddəratını təyin etmək hüququnu müdafiə edir. Lakin Abbasın Kipr məsələsində yalnız Rum administrasiyasının rəhbərliyi ilə təmas qurması və KKTC-nin siyasi həssaslıqlarını nəzərə almaması ciddi suallar yaradır.
Azərbaycanı xarici siyasətinə görə hədəfə çevirənlər görəsən, Fələstin rəhbərinin Yunanıstan Kipri ilə görüşünə niyə səssiz qalırlar? Bu sualın isə cavabı yoxdur.
Əgər xalqın iradəsi əsas prinsipdirsə, bu prinsip Kipr türklərinə münasibətdə də nəzərə alınmalıdır.
Yəni, siyasətdə öz maraqlarını qoruyanlara münasibət bir olmalıdır.
100 illik tarixdə Türkiyəni 3 dəfə ağır vəziyyətdə qoyanların kimlər olduğu da görünür.
Əfsələddin Ağalarov / azxeber.com

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş