Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR

Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRARFərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydası dəyişib. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər artıq fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirə əsasən hesablanır.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
"Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişikliklə regionlar üzrə əvvəlki fərqləndirmə ləğv olunub. Belə ki, 2026-cı il yanvarın 1-dək sosial sığorta haqqı sahibkarın fəaliyyət göstərdiyi sahə və ərazidən asılı olaraq minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Bakı şəhərində bu göstərici 100 faiz, Sumqayıt və Gəncədə 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon mərkəzləri və qəsəbələrdə 60 faiz, kənd yerlərində isə 50 faiz təşkil edirdi.
Yeni hesablama qaydasında isə sosial sığorta haqqının minimum və maksimum hədləri müəyyənləşdirilib. Belə ki, aylıq ödəniş minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz. Hazırda minimum aylıq əməkhaqqı 400 manat olduğundan, fərdi sahibkarın ödəyəcəyi sosial sığorta haqqı ayda ən azı 60 manat, ən çoxu isə 400 manat təşkil edir.
Yeni qaydalara görə, hesablamada sahibkarın xərcləri nəzərə alınmır. Məsələn, fərdi sahibkarın aylıq gəliri 10 min manat, xərcləri isə 8 min manatdırsa, sosial sığorta haqqı 2 min manatlıq mənfəətə deyil, 10 min manatlıq ümumi gəlirə əsasən hesablanır. Bu halda ödəniş 200 manat olacaq.
Gəlirin az olduğu hallarda minimum hədd tətbiq edilir. Məsələn, aylıq gəliri 2 min manat olan sahibkar üçün 2 faizlə hesablanan məbləğ 40 manat olsa da, minimum həddə görə 60 manat sosial sığorta haqqı ödənilməlidir.
Gəlir yüksək olduqda isə maksimum hədd nəzərə alınır. Belə ki, aylıq gəliri 60 min manat olan fərdi sahibkar üçün 2 faizlə hesablanan sosial sığorta haqqı 1 200 manat etsə də, ödəniləcək məbləğ 400 manatla məhdudlaşır.
Beləliklə, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişləri dövriyyəyə uyğunlaşdırılıb, lakin minimum və maksimum məbləğlərlə məhdudlaşdırılıb.

Sosial       Tarix: 01 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 17 yaşlı oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxa

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Azərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb.   -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşl

Noyabrda 11 gün iş olmayacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-i

Dövlət Vergi Xidmətində yeni şöbə müdiri TƏYİNATI - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat baş tutub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Əmiraslan Əliyev Təşkilati risklərin idarə edilməs

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. KONKRET.azxəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara v

Kartof bahalaşacaq?

Cəlilabadda payızlıq kartof yığımı başlasa da, bəzi sahələrdə məhsuldarlıq aşağıdır. xəbər verir ki, fermerlərin sözlərinə görə, bir sıra ərazilərdə məhsul əldə etmək mümkün olmadığından torpaqlar şumlanaraq başqa bitkiləri

Azərbaycanın valyuta ehtiyatları ilə bağlı xoş xəbər

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, mövcu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər