ABŞ 5-11 yaşlı uşaqlar üçün "Pfizer" peyvəndini TƏSDİQLƏDİ
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) 5-11 yaşlı uşaqların Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətlərinin istehsal etdiyi peyvəndlə peyvənd edilməsini tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Axios" informasiya portalının saytında məlumat verilib.
Bildirilib ki, CDC-nin xüsusi komissiyasının üzvləri ABŞ-da 5-11 yaş arası uşaqlar üçün göstərilən dərmanın iki dozası ilə peyvənd edilməsini tövsiyə etməyə yekdilliklə səs veriblər.
Qeyd edilir ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq. Peyvənd cümə günü satışa çıxa bilər.
Bundan əvvəl ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti nəzdində Qida və Dərman İdarəsi də 5-11 yaşlı uşaqlar üçün "Pfizer" və "BioNTech" şirkətlərinin koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.
Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 45,9 milyondan çox koronavirus infeksiyası aşkarlanıb, 745,8 mindən çox insan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir. Son zamanlar yeni yoluxma hallarının əksəriyyəti "delta" ştammına aiddir.
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək