ABŞ-da ilk dəfə afroamerikalılara təzminat ödəniləcək

ABŞ-da ilk dəfə afroamerikalılara təzminat ödəniləcəkEvanston, ABŞ-da yardım almaq hüququna malik afroamerikalı ailələrə 400 min dollar maliyyə vəsaiti ayıracaq ilk şəhər olacaq.
Publika.az xəbər verir ki, İllinoys ştatındakı Evanston şəhər şurası qaradərili sakinlərə əvvəllər diskriminasiyaya və uzunmüddətli köləliyə məruz qaldıqlarına görə təzminatların ödənilməsinə razılıq verib.
ABŞ-da birinci ola biləcək planın məqsədi həmin məbləğin buna hüququ olan afroamerikalıların ev təsərrüfatları arasında bölüşdürülməsindən ibarətdir. Belə ki, 73 min əhalisi olan şəhərin həmin tələblərə cavab verən ailələri evin təmiri və ya alınması məqsədilə ilkin məbləğin ödənilməsi üçün 25 min dollar almaq hüququna malik olacaqlar.
Təşəbbüsü hələ 2019-cu ildə təqdim etmiş qanunverici, oldermen Robin Ryu Simmons razılaşmanı müsbət başlanğıc adlandıraraq bu istiqamətdə daha çox işlərin görülməli olduğunu söyləyib. Proqramın maliyyələşdirilməsi marixuananın rekreasiya məqsədilə satışına və ianə toplanmasına qoyulmuş üç faizlik vergi hesabına həyata keçiriləcək. Şəhər 10 il ərzində təxminən 10 milyon dollar sərf etməyi planlaşdırır.
Müvafiq meyarlara cavab verən sakinlər Evanstonda ya özləri yaşamalı, yaxud da onlar, 1919-1969-cu illərdəki qanunlara görə siyasət və mənzil məsələlərində diskriminasiyaya məruz qalmış afroamerikalıların birbaşa nəslindən olmalıdırlar. R.Simmons bildirib ki, bir qrup təzminat tərəfdarı sözügedən proqramla əlaqəli məhkəmədə yarana biləcək mübahisəli məsələlərlə bağlı pulsuz hüquqi yardım göstərəcəyini bəyan edib.
Bu plana qarşı yeganə səs verən oldermen Siseli Fleminq reparasiyaları dəstəklədiyini söyləsə də, şəhər şurasının müzakirə etdiyi məsələləri reparasiya deyil, mənzil tikintisi planı hesab etdiyini önə çəkib. O, şərtlərin şikayətçilərin özləri tərəfindən diktə edilməli olduğunu vurğulayıb. Proqramı paternalist adlandıran S.Fleminq hesab edir ki, afroamerikalılar onsuz da öz pullarını necə xərcləməyi bilməyəcəklər. Texasdan olan Nümayəndələr Palatasının üzvü Şeyla Cekson Li afroamerikalılara kompensasiyaların ödənilməsi üzrə təkliflərin öyrənilməsi və hazırlanması üçün komissiyanın maliyyələşdirilməsini nəzərdə tutan qanunvericiliyi yenidən qəbul edib. Kompensasiya məsələsi ötən ilin xüsusi mübahisəli mövzusu olub.

Dünya       Tarix: 24 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri cəbhədən ən son xəbərlər cəbhədən xəbər iqtisadiyyat xeberleri bugun