ABŞ-da türklərə hücum edən erməni həbs olundu - FOTO
ABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus "Cafe Istanbul" restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.
Qeyd edilir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən istintaq tədbirləri görülüb.
Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, qarətdə, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.
Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.
"Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, bu barədə "BEVHILLSPD"-ə mesaj yazın", - polisin vətəndaşlara müraciətində bildirilir.
Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus "Cafe Istanbul" restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. / "Report"
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək