ABŞ-dan Ermənistana Blinken XƏBƏRDARLIĞI? - Vaşinqton görüşünə ŞƏRH

ABŞ-dan Ermənistana Blinken XƏBƏRDARLIĞI? - Vaşinqton görüşünə ŞƏRHDemək olar ki, bütün ölkələrdə, ABŞ-da da əl sıxmaq sağ əllə icra edilir. Çünki sol əl təmiz hesab olunmur. Sağ əllə salamlaşmanın daha qədim tarixi var. İslamda isə sağ əli müəyyən nahiyələrə toxundurmaq olmaz. Belə ki, tualetə getdikdən sonra da hər bir insan yanını sol əllə yumalıdır.
Görəsən Blinken sol əlini yumuşdu?
ABŞ-dan Ermənistana Blinken XƏBƏRDARLIĞI? - Vaşinqton görüşünə ŞƏRHDiqqət etsəniz, ABŞ-ın Dövlət Katibi Entoni Blinken sağ əli ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun əlini sıxıb. Sol əlini isə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyana uzadıb. Bir sözlə, Qərb İrəvanı nə qədər dəstəkləsə də, ermənilərdən iyrənir və onlara hörmət qoymur.
Lap ədalətli olsaq, Blinkenin bu əl tutumu məsələsi Amerikanın Ermənistan və Azərbaycanı barışdırmaq istəyi, Rusiyanı sülh vasitəçiliyindən uzaqlaşdırmaq məqsədi ilə bağlıdır. Bəlkə də Blinken Mirzoyanı təhqir etmək istəməyib və bu əlsıxma həmrəylik, müəyyən razılıqların əldə olunması deməkdir. Hər halda bəlkələr tapmaca xarakterlidir, amma ermənilərlə bağlı sirləri ifşa etmək, onların ikiüzlülük və acizliyini aşağılamaq da lazımdır. Çünki Azərbaycana qarşı mina terroru reallaşdıran bu ölkə hazırladığı hesabatlarla özünü təmizə çıxarmağa çalışır. Əvəzində isə Azərbaycanı Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqda, separatçıların hərəkətinə mane olmaqda günahlandırır. Halbuki Ermənistan oxşar buraxılış məntəqəsini öz ərazisində Azərbaycandan 1 gün öncə yaradıb. Cavab olaraq Azərbaycan da öz ərazisində sərhəd-buraxılış məntəqəsi açıb.
– Bakının bu addımı İrəvan qədər Moskvanın da ürəyincə deyil;
– Sanki bu iki qonşumuz bizi "yersiz gəldi, yerli qaç" vəziyyətinə salmaq istəyir.
Ermənilər üçün dərd orasıdır ki, bu məkrli planda onları, əsasən Qərbin sanksiyaları altında olan Rusiya dəstəkləyir. Siyahını İran və Fransa ilə genişləndirmək olardı, amma bu iki dövlət ağıllanmaq məcburiyyətindədir.
– Makron başa düşməsə də, Fransa siyasətçiləri anlayır ki, Parisin müəyyən qərarları fransızları köhnə qitənin ən zəif bəndinə çevirə bilər;
– Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, qitənin əksər təsisatlarına sədrliyin Fransaya verilməsi təsadüfi deyil;
– Bir tərəfdən də Rusiyanın sanksiyalar altında qalması Avropanı Amerikadan daha çox asılı vəziyyəyə salır;
– Belə olan halda isə Paris ya Londonla aparmaq istədiyi ədavəti sağlam rəqabətə çevirməli, ya da Kreml ilə bütün dünyaya qarşı ittifaq yaratmalıdır;
– Fransa Moskvanın havadarlıq etdiyi istənilən ölkəni dəstəkləməklə də Putinin yanında yer almış olur.
Ona görə də Makron Fransası öz siyasətlərinə çəki-düzən vermək məcburiyyətindədir. Örnək kimi aprelin 27-də Prezident İlham Əliyevin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul etməsini göstərmək olar. Həmin görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Amma Prezidentin çıxışında Bakıdan Parisə ünvanlanan siyasi mesajlar da var idi:
• Sülh müqaviləsilə əlaqədar İrəvana 5 prinsip təqdim olunub;
• Ermənistan savaşdan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir;
• Naxçıvanla dəhlizin yaradılmasına mane olur;
• Qoşunlarını sülhməramlıların müvəqqəti xidmət zonası olan Azərbaycan ərazisindən çıxarmır;
• Qarabağa silah-sursat daşıyır;
• Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququdur.
O ki qaldı İrana:
• Fars molla rejimi Azərbaycanda biabır olub;
• Onların casus şəbəkəsi ələnməkdədir;
• Azərbaycanlı şiələr ermənilərin namusun çəkən ayətullahlardan soyuyub;
• Ağa dedikləri Xamenei üçün kamikadzelik etməyə hazır olan zombiləri isə həbs gözləyir;
• Azərbaycandakı farsçılıq türkçülüyə uduzmaqdadır. Çünki sözügedən türkçülük bir növ azərbaycançılıqdır. Bu ideologiya tolerantlıq və şovinizmin olmaması ilə seçilir;
• Əmmaməli Tehran bunu anladığı üçün qanlarında olan ermənipərəstliyə bir az ara verməlidir.
Sülhün Praqada razılaşdırılan versiyasında da, Vaşinqton variantında da hər iki ölkənin ərazi bütövlüyü BMT səviyyəsində tanınmış sərhədlər çərçivəsindədir. Bu isə o deməkdir ki, ABŞ, hətta əslən fransız olan Şarl Mişel İrəvana "Artsax" uydurmasını unutmağı tövsiyə edib. Amma Paşinyanın aprelin 30-da Blinkenə zəng vurub "Laçın yolu", – deyə ağlaşması Nikolu Qərbin gözündən salır. Çünki qondarma rejimə hər hansı bir dəstək, "miatsum" ideologiyasını yaradanla – Rusiya ilə eyni cinahda yer almaqdır. Həm də Ukraynada olduğu kimi hansısa ölkənin ərazi bütövlüyünü pozmaq vərdişi Kremlə aiddir. Qərb isə Paşinyanı İrəvanda taxta çıxartmaqla Rusiyanın Ermənistan adlı filialını özəlləşdirmək istəyib. Yəni Nikol özündən əvvəlki Robertlərə, Serjlərə bənzəməli deyil.
Yəqin Paşinyan "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladzenin mayın 1-də jurnalistlərə verdiyi açıqlama ilə tanışdır:
"Gürcüstan hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və ölkədə ikinci cəbhənin açılmasına imkan verməməsi Avropa İttifaqında düzgün qiymətləndirilməyib. Rəsmi Tbilisinin bu addımı ötən il Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməməsinə səbəb olub. Ona görə də deyə bilərik ki, Avropa İttifaqının Gürcüstana qarşı qəbul etdiyi bu qərar, məhz siyasi qərar idi".
Bircə Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Gürcüstanı namizədlik statusundan məhrum edən Avropa, Qərb daxilində rus hərbi bazaları, sərhədlərini rus hərbçilərin qoruduğu Ermənistanın başında çətir kimi dayanmaz.
Bu səbəbdən Blinkenin Mirzoyana sol əlini uzatması Ermənistana xəbərdarlıq mahiyyəti də daşıya bilər.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 02 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun sonxeber son xeberler 2026 gunun xeberleri