ABŞ İrana nə vaxt və necə hücum edəcək? - SENSASİON DETALLAR
"ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşması ilə bağlı məlumatlar, ilk növbədə psixoloji və strateji təzyiq kontekstində oxunmalıdır. Vaşinqton üçün belə sızmalar təkcə hərbi hazırlığın göstəricisi deyil, həm də İran üzərində diplomatik manevr sahəsini daraltmaq vasitəsidir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"ABŞ adətən real hərbi addımdan əvvəl uzunmüddətli informasiya fonu yaradır, qarşı tərəfi qeyri-müəyyənlik içində saxlayır və daxili iqtisadi-siyasi təzyiqləri artırır. Bu baxımdan "nə vaxt" sualından daha çox "hansı şərtlər daxilində" sualı önə çıxır. Əgər Tehran danışıqlarda vaxt udmaq strategiyasını davam etdirərsə və ya regionda ABŞ maraqlarına toxunan addımlar atılarsa, hərbi ssenari aktiv gündəmə keçə bilər".
Politoloq qeyd edir ki, digər tərəfdən, belə bir əməliyyatın dərhal baş verməsi də qaçılmaz görünmür.
Amerika Birləşmiş Ştatları üçün İranla birbaşa və uzunmüddətli hərbi qarşıdurma regional sabitliyi ciddi şəkildə sarsıda, enerji bazarlarını silkələyə və yeni, nəzarətdən çıxan proseslər yarada bilər. Bu səbəbdən Vaşinqton adətən son ana qədər siyasi və diplomatik alətləri işə salmağa çalışır. Real əməliyyat ehtimalı isə daha çox hansısa kəskin təxribat, regional eskalasiya və ya danışıqların tam dalana dirənməsi fonunda aktuallaşa bilər. Yəni məsələ gün və ya həftə ilə deyil, siyasi-hərbi konfiqurasiyanın necə dəyişəcəyi ilə ölçülür".
Aynurə İsmayıl
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq