ABŞ ilə İran razılığa gəldi — Nə dəyişəcək?

ABŞ ilə İran razılığa gəldi — Nə dəyişəcək?Son günlər İran və ABŞ arasında mümkün razılaşma xəbərlərinin qlobal bazarlarda qızılın qiymətinə dərhal təsir göstərməsi diqqət çəkir. Bu vəziyyət geosiyasi risklərin maliyyə bazarlarına nə qədər həssas olduğunu bir daha gündəmə gətirir. Analitiklər diplomatik yumşalmanın investor davranışına və regional sabitliyə mümkün təsirlərini müzakirə edirlər. Bu prosesin dünya siyasəti və iqtisadiyyatına uzunmüddətli nəticələri xüsusi maraq doğurur.
KONKRET.az xəbər verir ki, politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ ilə Tehran arasında gərginliyin artması qlobal enerji bazarında dalğalanmalara səbəb olur və artıq bu təsir hiss olunur:
"Xüsusilə qaz bazarında ciddi qiymət dəyişiklikləri müşahidə edilir. İranın körfəz ölkələrini hədəfə alma ehtimalı, eyni zamanda ABŞ-nin özünün ehtimal qaz böhranına qarşı mayeləşdirilmiş qazı bazara çıxarma planları bu dalğalanmaları daha da gücləndirir. Ümumilikdə, ABŞ qazı daha bahalı, İran və körfəz ölkələrinin qazı isə nisbətən ucuz hesab olunur".
Ekspert bildirib ki, belə geosiyasi gərginliklər və müharibə ehtimalları enerji bazarında hər zaman risk amili kimi qiymətləndirilir və qiymətlərə birbaşa təsir göstərir:
"Gərginlik artdıqca qiymətlər yüksəlir, tərəflər arasında yaxınlaşma və mümkün razılaşma ehtimalları yarandıqda isə risk azalır və qiymətlər aşağı düşür. Yəni müharibə ehtimalları qazın qiymətini artırır, bu ehtimallar azaldıqca isə qiymətlər enir".
Qeyd edək ki, ABŞ ilə İran arasında mümkün yaxınlaşma geosiyasi riskləri azaldır.

Siyasi       Tarix: 19 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri