Energetika əməkdaşlığında yeni mərhələ

Energetika əməkdaşlığında yeni mərhələAzərbaycanın xarici siyasətində və iqtisadi strategiyasında energetika sahəsi hər zaman xüsusi yer tutub. Son illər bu sahədə atılan addımlar isə ölkəmizin regional və qlobal enerji xəritəsində mövqelərini daha da möhkəmləndirir. Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində səsləndirilən bəyanatlar da bunu bir daha təsdiqlədi.
Dövlət başçısının açıqlamalarından aydın olur ki, Azərbaycan–Serbiya münasibətləri artıq təkcə siyasi dialoq səviyyəsində deyil, real iqtisadi və strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Xüsusilə energetika sahəsində qurulan əlaqələr bu münasibətlərin əsas sütunlarından birinə çevrilməkdədir. Azərbaycan artıq bir müddətdir Serbiyaya təbii qaz ixrac edir və qarşıdakı mərhələdə bu ixracın həcminin artırılması planlaşdırılır.
Ən diqqətçəkən məqamlardan biri isə ixrac edilən qazın Serbiya tərəfindən elektrik enerjisinə çevrilməsi və bununla da "təmiz enerji" istehsalının təşviq olunmasıdır. Bu yanaşma həm Serbiyanın daxili enerji təhlükəsizliyinə töhfə verir, həm də gələcəkdə üçüncü ölkələrə ixrac imkanlarını genişləndirir. Başqa sözlə, Azərbaycan enerjisi təkcə xammal kimi deyil, əlavə dəyər yaradan məhsul formasında Avropa bazarına çıxmaq potensialı qazanır.
Hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialının 2 giqavat olması və bu göstəricinin yaxın illərdə artacağı xüsusi vurğulanmalıdır. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə həyata keçirilən layihələr bu artımın əsas təminatçısıdır. Günəş və külək enerjisi stansiyalarının tikintisi Azərbaycanın enerji balansını daha "yaşıl" və dayanıqlı edir. Bu kontekstdə Serbiya ilə bərpaolunan enerji sahəsində əməkdaşlığa hazır olunması strateji baxımdan olduqca əhəmiyyətlidir.
Prezidentin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunacağı ilə bağlı açıqlaması isə Azərbaycanın uzunmüddətli enerji baxışını aydın şəkildə ortaya qoyur. Bu gücün böyük hissəsinin ixraca yönəldilməsi planı göstərir ki, ölkəmiz Avropa məkanında etibarlı enerji tərəfdaşı rolunu daha da gücləndirməyi hədəfləyir. Təbii ki, bunun üçün yeni və genişhəcmli transmissiya xətlərinin yaradılması vacib şərtdir.
Nəticə etibarilə demək olar ki, Azərbaycan energetika sahəsində artıq klassik ixracçı modelindən çıxaraq çoxşaxəli, innovativ və strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub. Serbiya ilə inkişaf edən münasibətlər isə bu yolun uğurlu və perspektivli olduğunu göstərən bariz nümunələrdən biridir.
Şahin Yusubov,
Göygöl Elektrik Şəbəkəsinin rəisi / azxeber.com

Siyasi       Tarix: 18 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan en son xeberler bu gun dunyada son xeberler axsam.az xeberler