ABŞ-dan Saakaşvilinin saxlanılmasına REAKSİYA
"ABŞ Gürcüstanın keçmiş prezidenti Mixaqil Saakaşvilinin saxlanılmasından məlumatlıdır və prosesi yaxından izləyir".
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.
Departamentin açıqlamasında, proseslərin demokratik şəkildə gedəcəyinə ümid edildiyi qeyd olunub: "Həbsi ilə bağlı məlumatımız var və hadisələri yaxından izləyirik. Gürcüstan hakimiyyətini cənab Saakaşvilinin barəsindəki cinayət işinin araşdırılmasının ölkənin qanunlarına və beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq aparılmasına çağırırıq", - deyə bəyanatda bildirilib.
ABŞ-ın Gürcüstandakı səfirliyi isə Gürcüstanda olan vətəndaşlarına müraciət edib.
Səfirlik, vətəndaşları bu həftə ehtiyatlı olmağa və insanları mümkün qədər kütləvi toplanışlardan və etirazlardan çəkinməyə və müşahidəçi qismində qalmağa çağırıb.
Qeyd edək ki, Saakaşvili dünən saxlanılıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Tural Turan
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür