ABŞ-dan Türkiyəyə qarşı ŞOK ADDIM: Qarabağa görə...

ABŞ-dan Türkiyəyə qarşı ŞOK ADDIM: Qarabağa görə...ABŞ-ın "Xilinx" şirkəti Türkiyənin "Roketsan" raketləri üçün hissə tədarükünü dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Tara Simsin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) sorğusuna cavab olaraq verdiyi açıqlamada deyilir.
"Bu yaxınlarda "Xilinx" çiplərini daşıyan silahlı pilotsuz uçuş aparatlarından Dağlıq Qarabağda istifadə edildiyini öyrəndik. Texnologiyamızın şiddət tətbiqində istifadəsinin qarşısını almaq üçün edə biləcəyimiz tədbirləri müəyyənləşdirməyə dair kompleks yoxlanışa başladıq. Araşdırmamızdan sonra səlahiyyətli distribütorlarımıza məhsullarımızın gələcəkdə bu cihazın yaradılmasında iştirak etdiyini müəyyənləşdirdiyimiz şirkətlərə tədarükünü dayandırmağı tapşırdıq", - açıqlamada bildirilir.
Qeyd olunur ki, şirkətin məhsullarının tədarükü və paylanması ilə bağlı yoxlama artıq başlayıb.
"Roketsan" Ankarada yerləşən böyük silah istehsalçısı və müdafiə podratçısıdır. Şirkət 1988-ci ildə raket texnologiyasına dair milli sənaye bazası yaratmaq üçün Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi tərəfindən qurulub.
Xatırladaq ki, artıq 7 şirkət Türkiyənin "Bayraktar" PUA-ları üçün komponent tədarük etməkdən imtina edib. Bunlar "Garmin" (ABŞ), "Trimble Navigation" (ABŞ), "Vlasat" (ABŞ), "Northrop Grumman" (ABŞ), "Beringer Aero" (ABŞ, Böyük Britaniya), "Rotax 912" (Avstriya, Kanada) və "Wescam"dır (Kanada).
Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələri sözügedən PUA-lardan yalnız Ermənistanın legitim hərbi hədəflərini zərərsizləşdirmək üçün istifadə edib.
Zümrüd

Dünya       Tarix: 11 noyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler bugünkü son xəbərlər cəbhədən canlı son xeberler 2026