ABŞ Dövlət Departamenti vətəndaşlarını Ermənistana və Qarabağa getməməyə çağırdı
ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarını koronavirusun yenidən sürətlə yayılmasına görə Ermənistana səfərlərini təxirə salmağa çağırıb.
Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir. Bildirilir ki, ABŞ-ın Xəstəliklərə nəzarət və Profilaktika Mərkəzi Ermənistanda koronavirusa yoluxmaq riskini üçüncü səviyyəyə qaldırıb.
Dövlət Departamenti habelə silahlı münaqişəyə görə Qarabağ regionundan və Ermənistan-Azərbaycan sərhədindən də uzaq durmağa çağırır. "Müntəzəm atışmalar, artilleriya sistemlərinin təsadüfi istifadəsi, o cümlədən minalar və minaatanlar hər il ölümlərə və yaralanmalara səbəb olur. Azərbaycanla Ermənistanın beynəlxalq sərhədləri boyu aparan yollardan uzaq durun. ABŞ hökuməti Birləşmiş Ştatlar vətəndaşlarına Qarabağda təcili xidmətlər göstərə bilməz, çünki onlara ora getmək qadağan edilib", -məlumatda deyilir. (virtualaz.org)

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı