ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəldi
ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycanda səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya "Dayanıqlı İnkişaf Məqsədlərinə" nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.
O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürünən Emi Pope üçün təbliğat aparacaq.
Qeyd edək ki, M.Sison ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilat İşləri Bürosuna rəhbərlik edir. Altı diplomatik missiyası (Cenevrə, Monreal, Nayrobi, Nyu-York, Roma və Vyana) olan büro Birləşmiş Millətlər Təşkilatında və digər çoxsahəli təşkilatların geniş spektrində ABŞ siyasətini hazırlayır və həyata keçirir. Təşkilatın əsas missiyası daha effektiv və səmərəli BMT və çoxtərəfli sistem vasitəsilə ABŞ-nin maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi çoxtərəfli diplomatiyadan istifadə etməkdir.
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir