ABŞ Ermənistanı bu məqsədlə Rusiyadan uzaqlaşdırır - İLGİNC SƏBƏBLƏR

ABŞ Ermənistanı bu məqsədlə Rusiyadan uzaqlaşdırır - İLGİNC SƏBƏBLƏRRusiya-Ukrayna müharibəsi bütün dünya üçün yeni geosiyasi reallıqlar yaratdı. 72 saat ərzində Ukraynanı işğal edəcəyini düşünən rus ordusu üç aydan çoxdur ki, istədiyinə nail ola bilmir. Belə olan təqdirdə isə Rusiyanın təsiri altında olan dövlətlər artıq yeni reallıqlara uyğun şəkildə davranır. Bu dövlətlərdən biri də Ermənistandır. Qərb mediasının təmsilçiləri Ermənistanın Rusiyadan olan asılılığının azaldığını söyləyir.
Maraqlıdır, Ermənistan Rusiyadan "xilas olmaqla" nəyə nail olmaq istəyir? 
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ-ın Qafqaz siyasətini həyata keçirə biləcəyi yeganə dövlət Ermənistandır:
"Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır. Bu da təsadüfi deyil. ABŞ hazırda Ermənistanın üzərində güclü işləyir. Ağ Ev Rusiyanın SSRİ-ni yaratmaq siyasətini qəbul etmirsə, ilk növbədə Ermənistanı zərərsizləşdirməlidir. Bunu ABŞ rəsmiləri yaxşı başa düşür. Çünki Orta Asiya respublikaları və Belarus ABŞ üçün ciddi əhəmiyyət kəsb etmir. Dünyanın ən güclü dövlətinin maraq dairəsində olan yer Qafqazdır. Buna görə də Ağ Ev çalışır ki, asta hərəkətlərlə Rusiyanı zərərsizləşdirsin. Moldova bu və ya digər formada Rusiyanın əlindən "sürüşüb" çıxacaq. Gürcüstan isə  Rusiyanın əlindən çıxıb. Azərbaycanın yanında Türkiyə kimi güclü dövlət var. Buna görə də ABŞ-ın Qafqaz siyasətini həyata keçirə biləcəyi yeganə dövlət Ermənistandır".
ABŞ Ermənistanı bu məqsədlə Rusiyadan uzaqlaşdırır - İLGİNC SƏBƏBLƏRPolitoloq bildirib ki, ABŞ hazırda Rusiyanı çökdürməklə məşğuldur:
"Yəqin ki, yüksək çinli məmurlar, senatorlar Ermənistandan müəyyən razılıq alıb ki, bu danışıqları gündəmə gətirir. Ermənistanın ən güclü diaspor təşkilatı ABŞ-da yerləşir. Məlumdur ki, bu dövləti həmişə diaspor ayaqda saxlayıb. Ona görə də ABŞ təşəbbüsü ələ keçirib. Bayden administrasiyası həm diaspor, həm də digər vasitələrlə Fransanı zərərsizləşdirməyə çalışır. Fransa Prezidenti Emmanuel Makronun bu məsələdə siyasəti qeyri-müəyyəndir. O, Rusiya ilə mübarizəyə girişməkdən qorxur. Son 300 ildə Azərbaycanın torpaqlarının işğal edilməsində əsas səbəbkar Rusiya olub. Bizim Rusiya ilə siyasi və hərbi güclərimiz bərabər olmadığına görə, daha güclü dövlətlərin siyasi oyunlarını kənardan izləməliyik. ABŞ hazırda Rusiyanı çökdürməklə məşğuldur. Ermənistan da Rusiyadan uzaqlaşır. Bu bizə sərf edir. İndiki məqamda Azərbaycan gözləməli və proseslərin necə cərəyan etdiyini izləməlidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az  

Siyasi       Tarix: 30 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeberler xeber az valyuta mezennesi 2026 sou xeberler bugun