ABŞ haker hücumları ilə əlaqədar kiberbüro yaradır
ABŞ Dövlət Departamenti artan haker hücumları ilə əlaqədar Kiberməkan və Rəqəmsal Siyasət üzrə Büro yaratmağı planlaşdırır.
Pulika.az Dövlət Departamentinin nümayəndəsi Ned Praysın bəyanatına istinadla xəbər verir ki, büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək. Bu il hakerlər bir çox Amerika şirkətlərinə hücum ediblər. Belə hücumlardan biri "Colonial Pipeline" boru kəməri operatoruna qarşı həyata keçirilib və ABŞ-ın şərq sahillərində müvəqqəti yanacaq çatışmazlığına gətirib çıxarıb. Hakerlər, həmçinin Ayova ştatından olan kənd təsərrüfatı şirkətinə hücum ediblər, bu da Orta Qərbdə taxıl yığımında fasilələrlə əlaqədar narahatlığa səbəb olub.
Qeyd edək ki, iki həftə əvvəl Maliyyə Nazirliyi bu ilin ilk altı ayı ərzində ABŞ-da şantajçı hakerlərə ümumilikdə 590 milyon dollar məbləğində ödəniş edildiyini bəyan etmişdi. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək