ABŞ hava zərbəsi endirdi - 25 döyüşçü həlak oldu

ABŞ hava zərbəsi endirdi - 25 döyüşçü həlak olduABŞ-ın Hərbi Hava Qüvvələrinin İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində "Kataib Hezbullah" qruplaşmasının bazasına endirdiyi hava zərbəsi nəticəsində həlak olan şiə döyüşçülərinin sayı 25 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə bazar günü "As Sumaria" telekanalı bildirib.
Telekanalın informasiyasına görə hücum zamanı daha 38 döyüşçü (bəzi məlumatlara görə hətta 51) yaralanıb.
İraqın "Al-Haşd əş-Şaabi" şiə qruplaşması komandanının müavini Əbu Mahdi əl-Muhendis ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Pentaqonun hücumu cəzasız qalmayacaq. "İraqda ABŞ qüvvələrini sərt cavab gözləyir", - deyə o qeyd edib.
"Al Arabiya" telekanalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin hücumu zamanı həlak olan hərbçilər arasında İranın da 3 hərbi müşaviri var.
Telekanal İraqın təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən xəbər verib ki, bazar günü axşam Bağdaddan şimalda, ABŞ hərbi qulluqçularının yerləşdirildiyi Ət-Taci hərbi bazasında azı dörd minaatan mərmisi partlayıb. Zərərçəkənlər haqqında məlumat verilmir.
Daha əvvəl Pentaqonun nümayəndəsi bildirib ki, ABŞ ona edilən hücumlara cavab olaraq Suriya və İraqda "Kataib Hezbullah" şiə qruplaşmasının beş obyektinə bir neçə zərbə endirib. Müdafiə Nazirliyi nümayəndəsinin versiyasına görə, "Kataib Hezbullah" Kərkük yaxınlığındakı bazaya cümə günü atılan raketə görə məsuliyyət daşıyır. Həmin atəş nəticəsində ABŞ-ın müki vətəndaşı həlak olub.
Xatırladaq ki, "Kataib Hezbullah" 2003-cü ildə yaradılıb, qruplaşma 3000 döyüşçünü özündə birləşdirir və "Al-Haşd əş-Şaabi"nin tərkibinə daxildir. Şiə döyüşçüləri İraq ordusunun tərəfində vuruşaraq İŞİD terror qruplaşmasının darmadağın edilməsinə töhfə veriblər. Bundan başqa, onlar Suriyanın Bu-Kemal ərazisində İŞİD dəstələrinə qarşı əməliyyatlarda da iştirak ediblər. /publika.az

Dünya       Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son durum axsam.az xeberler xeber.az 2026 son xeber az