ABŞ-ın dəniz blokadası Tehranı küncə sıxır - Şiddətli DÖYÜŞLƏR hər an başalaya bilər
ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası hazırda Vaşinqtonun ssenarisi üzrə davam edir. Əməliyyata 10 mindən çox dənizçi, pilot və xüsusi təyinatlı, həmçinin iki aviadaşıyıcı qrup daxil olmaqla 15-dən çox hərbi gəmi cəlb olunub. Blokadanın ilk günündə heç bir ticarət gəmisi bu halqanı yara bilməyib; 6 gəmi Amerika hərbçilərinin xəbərdarlığından sonra geri qayıdıb. CENTCOM blokadanın bütün ölkələrə eyni dərəcədə tətbiq edildiyini bildirsə də, İranın raket və dron zərbələri qorxusu bölgədəki gəmiçilik risklərini pik həddə çatdırıb. Tehran isə istənilən an ABŞ gəmilərini vuracağı ilə bağlı xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, hərbi eskalasiya fonunda diplomatik böhran da dərinləşir. İslamabadda keçirilən danışıqlarda ABŞ vitse-prezidenti Cey Di Vens İrana nüvə fəaliyyətini 20 illik dayandırmağı təklif etsə də, Tehran 5 illik müddətlə çıxış edib. Tərəflər arasında həmçinin 270 milyard dollarlıq təzminat və ərəb ölkələrinin müharibədə iştirakı mövzusunda ciddi fikir ayrılıqları var.
ABŞ daxilində isə Trampın siyasətinə qarşı narazılıq artır; sorğular göstərir ki, amerikalıların 59%-i bu müharibəni səhv addım hesab edir. Hətta Respublikaçılar Partiyası daxilində də prezidentin "bir sivilizasiya yox olacaq" tipli bəyanatları şok effekti yaradıb və bəzi konqresmenlər onun vəzifədən kənarlaşdırılmasını tələb ediblər.
Aprelin 21-də başa çatacaq atəşkəs müddətinə qədər Pakistan, Misir və Türkiyə tərəfləri yenidən danışıqlar masasına oturtmağa çalışır. Səudiyyə Ərəbistanı da blokadanın regionda neft nəqlini tamamilə iflic edəcəyindən və husilərin Bab-əl-Məndeb boğazını bağlayacağından ehtiyatlanaraq Vaşinqtona təzyiq göstərməyə başlayıb. Hazırda Tehran "əvvəl təzminat, sonra uran" məntiqi ilə hərəkət edir ki, bu da sazişin əldə olunmasını çətinləşdirir. Vaxt daralır və 21 aprelə qədər hadisələrin istənilən istiqamətdə inkişafı mümkündür.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK