İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK

İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏKİşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı məlumatda əmək müqaviləsinə xitam verilərkən işçilərə verilməli olan xəbərdarlıq müddətləri, müavinətlər və əlavə təminatlar izah olunub.
Belə ki, işçinin əmək stajı artdıqca xəbərdarlıq müddəti və işdənçıxarma zamanı ödənilən müavinətin məbləği də artır.
Bir ilədək əmək stajı olan işçilər azı 2 təqvim həftəsi, 1 ildən 5 ilədək stajı olanlar 4 həftə, 5 ildən 10 ilədək stajı olanlar 6 həftə, 10 ildən çox stajı olanlar isə 9 həftə əvvəlcədən rəsmi qaydada xəbərdar edilməlidirlər.
Bununla yanaşı, xəbərdarlıq müddəti ərzində işçiyə hər həftə əməkhaqqı saxlanılmaqla ən azı bir iş günü yeni iş axtarmaq üçün vaxt verilməlidir.
Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçiyə stajından asılı olaraq orta aylıq əməkhaqqının müəyyən misli həcmində işdənçıxarma müavinəti ödənilməlidir.
Bir ilədək stajı olanlara orta aylıq əməkhaqqının 1 misli, 1 ildən 5 ilədək stajı olanlara 1,4 misli, 5 ildən 10 ilədək stajı olanlara 1,7 misli, 10 ildən çox stajı olanlara isə 2 misli məbləğində müavinət verilməlidir.
Qanunvericiliyə görə, işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə ona müvafiq əməkhaqqı kompensasiyası da birdəfəlik ödənilə bilər. Bu halda ödənişin məbləği əmək stajına uyğun olaraq orta aylıq əməkhaqqının 0,5 mislindən 2 mislinədək dəyişir.
Bundan başqa, Əmək Məcəlləsində xüsusi hallarla əlaqədar əmək müqaviləsinə xitam verilərkən də əlavə təminatlar nəzərdə tutulub. Müəyyən hallarda işçiyə orta aylıq əməkhaqqının azı 2 və ya 3 misli, işçinin vəfatı ilə əlaqədar müqaviləyə xitam verildikdə isə onun vərəsələrinə azı 3 misli məbləğində müavinət ödənilir.
Qeyd edək ki, kollektiv müqavilələrdə və əmək müqavilələrində qanunvericilikdə göstərilən məbləğlərdən daha yüksək ödənişlərin nəzərdə tutulması mümkündür.
Əmək Məcəlləsinin 77-ci maddəsində digər əlavə təminatlar da əksini tapıb. İxtisarla işdən azad edilən və qanunda göstərilən xüsusi kateqoriyalara aid şəxslərin yeni peşə hazırlığına cəlb olunması işəgötürənin vəsaiti hesabına həyata keçirilir.
Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılan işçinin əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Hərbi xidmətdən buraxıldıqdan sonra isə o, ən geci 30 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıtmaq hüququna malikdir.
Diplomatik xidmət əməkdaşlarının xaricdəki fəaliyyəti ilə əlaqədar dövlət sektorunda çalışan həyat yoldaşlarının da əvvəlki və ya ona bərabər vəzifəyə təyin olunması üçün təminat nəzərdə tutulub. Bununla bağlı müraciət diplomatik xidmət dövrü başa çatdıqdan sonra 60 təqvim günü ərzində edilməlidir.

Sosial       Tarix: 31 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun

Azərbaycanda bu valyutalar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, oktyabrın 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0341 manat təşkil edib. Öz növbəsində, avr

Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidir

Sosial şəbəkələrdə kartofun tərkibində normadan artıq nitrat olduğu iddia edilən videonun yayılması istehlakçılar arasında narahatlıq yaradıb. Bəs kartofda nitratın miqdarını adi gözlə müəyyənləşdirmək mümkündürmü? İstehlakçıla

Məktəbdə baş verən özbaşınalıq ilə bağlı - BŞTİ-dən AÇIQLAMA

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin  media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfində

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU

Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-nin məlumatına görə, gecə saatlarında qadının qızı anasına zəng edib. Anası telefon

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində, faiz dəhlizini

Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturund

Mingəçevirdə yol qəzası oldu - Yaralananlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə M.Maqomayev prospektində baş verib. "Hyunday" və "Şevrolet" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin 2010-c

Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt

Kredit tarixçəsi bankların müştərilərin kredit müraciətlərini qiymətləndirərkən diqqət yetirdiyi əsas amillərdən biridir. Əvvəlki kreditlərin vaxtında ödənilməsi müştərinin etibarlı borcalan kimi qiymətləndirilməsinə kömə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri valyuta mezenesi xəbər az xeberler azerbaycan