Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Azərbaycanda daha bir cərimənin məbləği azaldılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə ediləcək.
Hazırda isə bu pozuntuya görə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq birinci oxunuşda qəbul edilib. / azxeber.com

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?