Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur.
Bazarlarda mövsümi məhsullar bol olsa da, qiymətlər yüksəkdir.
Satıcıların sözlərinə görə, bu il məhsullar ötən illə müqayisədə daha bahadır. Belə ki, qiymətlərdə minimum artım kiloqram başına 50 qəpikdən çoxdur. 
Satıcılar qiymət artımının müxtəlif səbəblərdən qaynaqlandığını bildirirlər. Onların sözlərinə görə, bahalaşma davam edə bilər.
Alıcılar isə ən çox meyvələrin bahalaşdığını qeyd edirlər.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda uzun illərdir kənd təsərrüfatına subsidiyalar ayrılır, fermerlərə güzəştli kreditlər verilir, texnika və gübrə təminatı üzrə dövlət dəstəyi göstərilir:
"Eyni zamanda, aqrar sahənin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Ancaq bütün bu dəstək mexanizmlərinə baxmayaraq, istehlakçı bazarda münasib qiymətə məhsul əldə etməkdə çətinlik çəkirsə, deməli, görülən işlərin nəticələri yenidən qiymətləndirilməlidir. Aqrar siyasətin icrasına cavabdeh olan qurumlar yalnız ayrılan subsidiyaların, verilən kreditlərin və həyata keçirilən layihələrin sayını hesabat kimi təqdim etməklə kifayətlənməməlidirlər. İstehsalın artımı, məhsuldarlıq, maya dəyəri, daxili bazarın təminatı və istehlakçı üçün formalaşan qiymətlər də həmin siyasətin nəticə göstəriciləri olmalıdır. Dövlət fermerə dəstək verir, lakin bu dəstəyin son nəticədə nə qədər hissəsinin istehsalın genişlənməsinə, nə qədərinin isə məhsulun maya dəyərinin azalmasına təsir etdiyi aydın görünməlidir.
Bu gün fermer gübrənin, yanacağın, suvarmanın, əməkhaqqının və daşınmanın baha olmasından şikayət edir, istehlakçı isə bazarda məhsulu baha alır. Belə bir vəziyyətdə aqrar siyasətin icraçıları məsuliyyəti yalnız bazar şərtləri və mövsümi amillərlə izah edə bilməzlər. Çünki kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyinin əsas məqsədlərindən biri məhz istehsal xərclərini azaltmaq, məhsuldarlığı artırmaq və ərzaq təminatını yaxşılaşdırmaqdır".
Müsahibimiz əlavə edib ki, digər ciddi problem məhsulun istehsalçıdan istehlakçıya çatdırılması zənciridir:
"Fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu xeyli baha alırsa, aradakı qiymət fərqinin harada və hansı xərclər hesabına yarandığı araşdırılmalıdır. Topdansatış bazarlarının, logistika sisteminin, anbar infrastrukturunun və vasitəçilik mexanizmlərinin səmərəliliyi ilə bağlı suallar cavablandırılmalıdır.  Aqrar sahədə illərdir subsidiyalaşdırma aparılır, amma fermerin istehsal xərcləri və istehlakçının bazarda ödədiyi qiymət arasında arzuolunan iqtisadi nəticə formalaşmırsa, subsidiya mexanizmlərinin effektivliyi də müzakirə olunmalıdır. Dövlət dəstəyi öz-özlüyündə nəticə hesab edilə bilməz. Onun iqtisadi səmərəsi konkret göstəricilərlə ölçülməlidir. Mən hesab edirəm ki, aqrar siyasətin icrasına cavabdeh olan qurumlar qarşıya qoyulan hədəflərin nə dərəcədə yerinə yetirildiyi barədə cəmiyyətə açıq hesabat verməlidirlər. Nə qədər subsidiya ayrılıb, bunun müqabilində məhsuldarlıq nə qədər artıb, fermerin maya dəyəri nə qədər azalıb, daxili bazarda yerli məhsulun payı necə dəyişib və bütün bunlar istehlak qiymətlərinə necə təsir edib? Bu sualların cavabı olmalıdır. Aqrar siyasətin uğuru ayrılan vəsaitin həcmi ilə deyil, fermerin daha az xərclə daha çox məhsul istehsal etməsi və vətəndaşın həmin məhsulu münasib qiymətə əldə edə bilməsi ilə ölçülməlidir. Əks halda, dövlət dəstəyi davam etsə də, onun iqtisadi və sosial nəticələri cəmiyyətin gündəlik həyatında hiss olunmayacaq".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 31 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar qurban bayrami 2026 butun xeberler novruz bayramı