ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi
ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə KONKRET.az ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
"Bu il biz ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan 30 il ərzində Avropanın enerji təhlükəsizliyi, transmilli təhdidlərə qarşı mübarizə, ikitərəfli ticarət və investisiyaların inkişaf sahəsində güclü tərəfdaşlara çevrilmişik. Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, həmçinin Ukraynaya dəstəyinizi, xüsusilə də humanitar yardımlarınızı yüksək qiymətləndiririk", – E.Blinkenin təbrikində deyilir.
Məlumatda bildirilir ki, ABŞ təkcə möhkəm iqtisadi əlaqələr hesabına deyil, həm də insanlar arasında əlaqələr hesabına Azərbaycan ilə münasibətləri genişləndirməkdə davam etməklə qürur duyur: "Minlərlə Azərbaycan və ABŞ vətəndaşı bir yerdə işləyir və təhsil alır, həmçinin innovasiyaları tətbiq etmək, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə edirlər".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun