ABŞ-ın "ölmüş" Minsk Qrupunu DİRİLTMƏK CƏHDİ - DETALLAR
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi artıq həll olunub və bizim Qarabağ adlı problemimiz yoxdur. Lakin "dəfn olunmuş" ATƏT-in Minsk Qrupu olmayan "Qarabağ problemi"ni, onun gələcəyini yenidən gündəmə gətirmək və həll etmək istəyir.
KONKRET.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu bildirib ki, rusiyalı həmsədr Qarabağın gələcəyini müzakirə etmək dəvətini qəbul etməyib.
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik", – məlumatda deyilir.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında "ATƏT-in Minsk Qrupunun Amerika və Fransa tərəflərinin təşəbbüsü ilə fəaliyyətini dayandırdığını" bildirib.
Öz növbəsində, Ceyhun Bayramov Lavrovun sözlərini yekunlaşdıraraq deyib:
"2022-ci ilin fevralından başlayaraq məlum səbəblərdən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət formatı tamamilə iflic vəziyyətə düşüb. Və biz bu məlumatı müxtəlif mənbələrdən, o cümlədən rusiyalı tərəfdaşlardan almışıq".
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?